Noy 19, 2015 10:11 Asia/Baku
  • AEBA baş direktorunun son hesabatı və İranın reaksiyası
    AEBA baş direktorunun son hesabatı və İranın reaksiyası

İranın Atom Enerjisi Beynəlxalq Agentliyindəki nümayəndəsi deyib: AEBA baş direktorunn son hesabatı İranın bütün nüvə fəaliyyətlərinin agentliyin tam nəzarəti altında olduğuna və dinc məqsədlər üçün olan fəaliyyətlərdən yayınma halının olmadığına dəlalət edir.

İRNA-nın məlumatına görə, Rza Nəcəfi AEBA-nın baş direktoru Yokio Amanonun son hesabatına reaksiya olaraq deyib: AEBA baş direktorunun hesabatı BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsindən sonra təqdim etdiyi ikinci hesabatıdır. Və Amano öz hesabatının bir neçə yerində BMT TŞ-nin 2231 saylı qətnaməsi əsasında İrana qarşı öncəki qətnamələrin hamısının ləğv edilməsinə işarə edib.
İranın Atom Enerjisi Beynəlxalq Agentliyindəki nümayəndəsi əlavə edib: Təəssüflər olsun ki, bu hesabatda bir daha xırda texniki və zəruri olmayan məsələlərə yer verilib. Halbuki, bu məsələlər dəfələrlə İran və Qoşulmama Hərəkatının etirazlarına səbəb olub.
Nəcəfi əlavə edib: Mühüm olan məsələ agentliyin "Yol Xəritəsi" əsasında İranın bütün öhdəliklərinə əməl etdiyini etiraf etməsidir. Və Agentliyin baş direktoru yekun qərarın çıxarılması ilə üçün son dəyərləndirmələri ilə bağlı hesabatı 15 dekabra kimi agentliyin Direktorlar Şurasına təqdim etməlidir.
Nəcəfi həmçinin deyib: Bəziləri elə təsəvvür edirlər ki, AEBA baş direktoru İranınnüvə işini bağlamalıdır. Halbuki, qərarları qəbul edən tərəf Direktorlar Şurasına üzv olan ölkələrdirlər. Bu şuranın İranla bağlı öncəki qətnamələri də elə Direktorlar Şurası tərəfindən ləğv edilməlidir. Baş direktorun vəzifəsi isə sadəcə tərəfsiz qaydada faktlara söykənən hesabatların təqdim edilməsidir.
Yokio Amano çərşənbə günü İranla bağlı növbəti dövrü hesabatını təqdim edib və bildirib ki, İran Nətənz və Fordo nüvə mərkəzlərində aktiv olmayan sentrifuqaların yığışdırılması əməliyyatına başlayıb.
Amanonun hesabatında həmçinin bildirilir ki, İranın az zənginləşdirilmiş uranı ötən üç ay ərzində 460 kg çoxalaraq, 8305 kiloqrama çatıb.

Teqlər