Noy 19, 2015 12:55 Asia/Baku
  • ABŞ uduzmuş Yaxın Şərqə siyasi düzəliş etmək ardıncadır
    ABŞ uduzmuş Yaxın Şərqə siyasi düzəliş etmək ardıncadır

Sepah-ın baş komandan əvəzi deyib: Amerika uduzmuş Yaxın Şərqdə siyasi yenidənqurma ilə bağlı plan hazırlamaqla məşğuldur.

İRNA-nın məlumatına görə, general-mayor Hüseyn Səlami Qum şəhərində şəhid Mehdi Zeynəddinin şəhid olmasının 22-ci ildönümü münasibətilə təşkil edilmiş anım mərasimində deyib: Amerika 4 müharibədə İsrail rejimini məğlubiyyətdən qoruya bilmədi və bu gün işğalçı sionistlər təhlükəsizlik kabusundan hər zaman olduğundan daha artıq əziyyət çəkirlər.
General-mayor Səlami əlavə edib: ABŞ bir zamanlar İslam Dünyası və Asiyanın şərqi və qərbində cərəyan edən hadisələrin mərkəzində yer alırdı. Amma, bu gün adi bir oyunçuya çevrilib. Lakin, İran siyasi və regional proseslərin müəllifi qismində təşəbbüsü öz əlinə alıb.
Sepah-ın baş komandan əvəzi həmçinin deyib: ABŞ İslam Dünyasında yeni kimliyin yaradılması, Qərb və Amerikan dəyərlərini İslam ölkələrinə qəbul etdirmək ardınca idi. Lakin, onların istəklərinin tam əksi baş verdi.
General-mayor Səlami "bu gün Avropanın təhlükəsizlik quruluşu dağılıb" deyərək, əlavə edib: Qərblilər terrorçuları gücləndirdikləri zaman, bir gün bu mənfur fenomenin onların diyarına da ayaq basacağını düşünməli idilr.

Teqlər