Tehranın cənubunda "Beytül-Müqəddəsə doğru" hərbi manevrinə start verildi
Noy 20, 2015 12:21 Asia/Baku
"Beytül-Müqəddəsə doğru" hərbi manevri bu gün Sepah-ın komandanları və Könüllü Qüvvələr Təşkilatı(Bəsic) rəsmilərinin iştirakı ilə Tehran vilayətinin cənubunda start götürüb.
Fars xəbər agentliyinin verdiyi məlumata görə bu gün səhər 120 Bəsic batalyonunun iştirakı ilə Tehranın cənubunda start götürən "Beytül-Müqəddəsə doğru" manevrində iştirak edən bütün qüvvələr dünəndən etibarən manevrin keçirildiyi məkanda yerləşiblər.Manevr üçün nəzərdə tutulan proqramlardan biri əl-Əqsa məscidi və Qüdsün sionistlərin işğalından azad edilməsi əməliyyatının simulyasiya edilməsi olacaq.