Xəzəryanı ölkələrin liman müdirləri iclasının nailiyyətləri
Noy 22, 2015 12:35 Asia/Baku
-
Xəzəryanı ölkələrin liman müdirləri iclasının nailiyyətləri
İranın Limanlar və Dənizçilik Təşkilatının Tranzit və Tarif Şöbəsinin müdiri gəmiçiliyin təhlükəsizliyinə zəmanət, ətraf mühitin mühafizəsi və dəniz ticarətinin asanlaşdırılmasını İranın Sari şəhərində keçirilən xəzəryanı ölkələrin liman müdirlərinin beştərəfli iclasının nailiyyətlərindən adlandırıb.
İranın Limanlar və Dənizçilik Təşkilatının Tranzit və Tarif Şöbəsinin müdiri Xosrov Sərayi İran Teleradio Təşkilatının Sərhədaşırı Bölməsinin müxbiri ilə müsahibədə əlavə edib: Azərbaycan Respublikası, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın liman müdirləri Sari iclasında ticarəti asanlaşdırıb, çoxtərəfli gəmiçilik problemlərini azaltmaqla sahilyanı ölkələr arasında dəniz ticarəti üçün yolu hazırlayacaqlar.Sərayi həmçinin bu iclasın protokolunun maddələri barədə deyib: Xəzər dənizinin ətraf mühitinin qorunması, dəniz çirklənmələri ilə mübarizə, iclasın loqotipinin hazırlanması və qəbul edilməsi, beynəlxalq standartlara uyğun gəmilərin təftişi və onlara nəzarət, təhlükəsiz gəmiçiliyə zəmanət və gəmilərin gediş-gəlişləri qarşısındakı maneələrin aradan qaldırılması bu protokolun maddələrindəndir.
Beş xəzəryanı ölkənin liman müdirlərinin yeddinci müştərək iclası noyabrın 16-sı və 17-də İranın şimalındakı Sari şəhərində keçirilib.