Noy 22, 2015 15:28 Asia/Baku
  • Türkmənistanla iqtisadi əlaqələr səviyyəsi 60 milyard dollaradək artacaq
    Türkmənistanla iqtisadi əlaqələr səviyyəsi 60 milyard dollaradək artacaq

İran və Türkmənistan prezidentləri və onları müşayiət edən heyətlərin iştirakı ilə iki ölkə arasında müxtəlif sahələrdə doqquz əməkdaşlıq sənədi imzalanıb.

Bu sənədlər dəniz nəqliyyatı, səhiyyə və tibb, poçt, Mərv-Sərəxs elektrik nəqli, idman, Aşqabad-Türkmənabad şose yolunun salınması, nəqliyyat və dəmir yolu, standart və televiziya və radio sahələrində həmkarlıq üzrə memoranduma şamil olur.
İran prezidenti Həsən Ruhani öz türkmənistanlı həmkarı ilə birgə mətbuat konfransında deyib: İran və Türkmənistanın qərarına əsasən, iki ölkənin iqtisadi əlaqələri elə inkişaf etməlidir ki, on il ərzində əlaqələr səviyyəsi 60 milyard dollaradək artsın.
Həsən Ruhani əlavə edib: Bəhslərimizin bir hissəsi Xəzər gölündən daha çox və daha yaxşı istifadə tərzi haqda olub, habelə iki ölkənin qaz sahəsində kəşfiyyat və qazıntı üçün həmkarlıq edə biləcəyi müştərək fazalar barədə danışıldı.
O, deyib: Həmçinin iki ölkənin Xəzər dənizindəki limanları arasında əməkdaşlıqlar barədə məşvərət aparıldı və Xəzər dənizinin hüquqi statusunun reallaşması üçün daha artıq həmkarlıq haqda bəhs olundu.

Teqlər