Ərak ağır su reaktorunun rekonstruksiyası sənədini imzalamış ölkələrin öhdəliyi
Noy 23, 2015 16:21 Asia/Baku
-
Ərak ağır su reaktorunun rekonstruksiyası sənədini imzalamış ölkələrin öhdəliyi
İran Atom Enerjisi Təşkilatının sözçüsü deyib ki, Ərak ağır su reaktorunun rekonstruksiyası sənədini imzalamış ölkələrdən hər biri öz imzası və öhdəliyinə zidd hərəkət edərsə, özünün etibarı və imicini xətərə salmış olacaq.
İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi IRIB müxbiri ilə müsahibədə Amerikanın Ərak reaktorunun rekonstruksiyası sənədini nəzərdən keçirmək üzrə öhdəliyinə toxunaraq, deyib: Bu sənəddə siyasi deyil, texniki bəhs mühümdür və qarşı tərəf texniki cəhətdən deməlidir ki, hansı iş daha yaxşıdır.Kəmalvəndi əlavə edib: Digər ölkələr də qəbul ediblər ki, lazımi təchizatları təmin edəcək və maneə yaratmayacaqlar.
İran Atom Enerjisi Təşkilatının sözçüsü bildirib ki, Ərak ağır su reaktorunun rekonstruksiyası sənədində beş illik bir dövrə işarə olunub və qərar üzrə İran bu dövr üçün yol xəritəsi təqdim etməlidir. Eyni zamanda reaktorun konstruksiyası üçün bir illik bir dövr lazımdır.
İran Atom Enerjisi Təşkilatı noyabrın 21-də Ərak tədqiqat reaktorunun modernləşdirilməsi layihəsinin həyata keçrilməsi hədəfi ilə həmkarlıq üzrə rəsmi sənədin tam mətnini yayıbdır ki, İranın və altılıq ölkələrinin xarici işlər nazirləri, eləcə də Avropa İttifaqının xarici siyasət üzrə koordinatoru tərəfindən imzalanıbdır.
Bu sənəddə altılıq ilə İranın güclü öhdəliyi xatırlanaraq, deyilir ki, İran layihənin sahibi və müdiri kimi Ərak reaktorunun modernləşdirilməsində rəhbərlik roluna malik olacaq və zaman qrafikasına salınmış proqramın təqdimi və layihənin tam icrasının məsuliyyəti də İranın üzərinə düşür.