Noy 23, 2015 19:46 Asia/Baku
  • Rusiya prezidenti İslam İnqilabının Böyük Rəhbəri ilə görüşüb(yenilənib)
    Rusiya prezidenti İslam İnqilabının Böyük Rəhbəri ilə görüşüb(yenilənib)

İslam İnqilabının Böyük Rəhbəri buyurublar: Amerikanın region üçün uzunmüddətli planı bütün xalqlar və ölkələrin, xüsusən İran və Rusiyanın zərərinədir və sayıqlıq və daha yaxın anlaşma ilə zərərsizləşdirilməlidir.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bazar ertəsi günü Tehranda Rusiya prezidenti Vladimir Putin ilə görüşdə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıqların daha da genişlənməsini rəğbərlə qarşılayaraq, Moskvanın regional məsələlərdə, xüsusən Suriya məsələsindəki təsirli iştirakını yüksək qiymətləndiriblər.
İslam İnqilabının Böyük Rəhbəri Putini müasir dünyada görkəmli şəxsiyyət adlandırıb və Rusiyanın nüvə məsələsindəki səylərinə görə təşəkkür edərək, əlavə ediblər: Bu məsələ bir nəticəyə çatdı, amma İranın amerikalılara heç bir etimadı yoxdur və açıq gözlə bu məsələdə Amerika hökumətinin rəftarı və hərəkətlərini nəzarətdə saxlayır.
Həzrət Ayətullahuluzma Xamenei Tehran ilə Moskvanın siyasi və təhlükəsizlik sahələrindəki münasib həmkarlığı, Rusiya prezidentinin xüsusən son il yarım ərzində müxtəlif məsələlərdəki mövqelərini çox yaxşı və təşəbbüskarcasına adlandırıb və belə əlavə ediblər: Amerikalılar həmişə çalışırlar ki, öz rəqiblərini zəif mövqedə qoysunlar, amma siz, bu siyasəti zərərsizləşdirdiniz.
O həzrət Moskvanın Suriya məsələsindəki qərar və addımlarının da Rusiyanın və şəxsən Putinin regional və beynəlxalq etibarının artmasına səbəb olduğunu bildirib və vurğulayıblar: Amerikalılar uzunmüddətli planda Suriyaya yiyələnmək, sonra da özlərinin regiona olan nəzarətlərini genişləndirməklə Asiyanın qərbinə yiyələnə bilməmələri kimi tarixi boşluğu doldurmaq niyyətindədirlər ki, bu plan bütün xalqlar və ölkələr, xüsusən Rusiya və İran üçün bir təhdiddir.
Həzrət Ayətullahuluzma Xamenei amerikalıların Suriyanın qanuni və seçilmiş prezidenti Bəşşar Əsədin hakimiyyətdən getməsinə israr etmələrini Vaşinqtonun elan olunmuş siyasətlərinin zəif cəhətlərindən adlandırıb və belə deyiblər: Suriya prezidenti ümumölkə seçkilərində müxtəlif siyasi, dini və etnik baxışlara malik olan Suriya xalqının əksəriyyət səsini qazandı və Amerikanın Suriya xalqının bu səsi və seçimini görməməzliyə vurmağa haqqı yoxdur.
O həzrət amerikalıların İŞİD daxil olmaqla terror qruplarına olan vasitəli və vasitəsiz köməklərini Amerikanın siyasətlərinin digər aşkar və zəif cəhətlərindən adlandırıb və belə əlavə ediblər: Terrorçuları himayəyə görə, region və dünyanın ümumi fikrində etibarı olmayan ölkələrlə həmkarlıq göstərir ki, amerikalılar şərəfli diplomatiyaya malik deyillər.
Rusiya prezidenti də İslam İnqilabının Böyük Rəhbərinin dəyərli təcrübələrinə işarə edib və o həzrətlə görüşündən məmnunluq ifadə edərək, deyib: İki ölkə əlaqələrinin texnologiya, hava-kosmos və modern texnologiyalar və sair sahələrdə genişlənməsi daha artıq sürət alıb və Moskva çox şaddır ki, Tehran ilə təhlükəsizlik məsələsində və regional və beynəlxalq böhranların həllində də olduqca fəal həmkarlığa malikdir.
Putin İran və Rusiyanın Suriya məsələsindəki mövqelərini olduqca yaxın adlandırıb və bu sahədəki həmkarllıqların böyük önəminə toxunaraq, deyib: Rusiya vurğulayır ki, Suriya böhranın həlli yalnız siyasi və bu ölkə xalqının səsinin və bütün suriyalı etnoslar və qrupların istəklərinin qəbul edilməsi yolu ilə mümkündür.

Teqlər