İnqilab Rəhbərinin Boliviya prezidenti ilə görüşdə bəyanatı
Noy 25, 2015 12:14 Asia/Baku
-
İnqilab Rəhbərinin Boliviya prezidenti ilə görüşdə bəyanatı
İslam İnqilabının Böyük Rəhbəri Amerikanın xalqların mahiyyətlərinin dəyişdirilməsi üzrə siyasəti qarşısında müqavimət hədəfi ilə iradələrin gücləndirilməsi vacibliyini vurğulayıblar.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei Tehranda Boliviya prezidenti Evo Morales ilə görüşdə Boliviya xalqının və Latın Amerikasındakı digər ölkələrin xalqlarının imperializm cəbhəsinin zorakılıqları qarşısında dayanmalarını yüksək qiymətləndirərək, deyiblər ki, Amerikanın dünya və Latın Amerikası regionundakı təhlükəli siyasətləri, gənclərin mahiyyətlərinin dəyişdirilməsidir.Həzrət Ayətullahuluzma Xamenei söyləyiblər: İran dünyanın ilk ölkəsi olubdur ki, İmam Xomeyni(r.ə)-in müstəqil və xalq hərəkatı ilə tam şəkildə Amerikanın hökmranlığı altından çıxdı və Şərq ilə Qərb imperatorlarının hərəkətləri və müxtəlif hərbi, təhlkəsizlik və iqtisadi təzyiqləri qaşısında dayandı.
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Bu əsasda, İran dünyanın hər yerində zorakılıq və hegemonçuluq qarşısında dayanan hər bir kəsi himayə edir.
O həzrət Boliviyanın böyük imkan və istedadlarına toxunaraq, əlavə ediblər: Bu imkanlar, həmçinin İran-Boliviya əlaqələri və çoxlu sayda həmkarlıq sahələri zorakıların qarşısında dayanmağın və xalqların maraqlarının xidmətində ola bilər.
Həzrət Ayətullahuluzma Xamenei deyiblər: Əgər amerikalılıar gənclərin fikirlərini "amerikan fikir"ə çevirə bilsələr, o zaman hərbi çevriliş və sərt tədbirlərə ehtiyac duymadan ölkələrə yiyələnəcəklər. O, həzrət vurğulayıblar ki, yerli mahiyyətin gücləndirilməsi və gənclərə dəyərlərin tanıtdırılması Amerikanın bu siyasəti ilə mübarizənin yoludur.
Boliviya prezidenti Evo Morales də bu göürşdə deyib: Boliviya xalqı İslam İnqilabının Böyük Rəhbərini Latın Amerikası regionu xüsusiyyət təşkil etməklə bütün müstəqil inqilabların atası və yol göstərəni bilir və İslam İnqilabının Böyük Rəhbərinin ümid yaradan, ilhamverici və dəyərli sözlərindən böyük dərslər alıbdır.