Noy 28, 2015 09:49 Asia/Baku
  • İran XİN kiber hücumları iddiasına reaksiya verib
    İran XİN kiber hücumları iddiasına reaksiya verib

İran Xarici İşlər Nazirliyinin sözçüsü və Ümumi və Media Diplomatiyası Mərkəzinin sədri Amerika rəsmilərinin İran tərəfindən kiber hücumu barədəki iddianı rədd edib.

Caberi Ənsari Amerika rəsmilərinin İranın kiber hücumları barədəki bəzi iddiasına reaksiyada deyib: İran İslam Respublikası ötən illərdə "staksnet"(stuxnet) kimi ciddi kiber hücumlarının qurbanı olub, amma bu qanunsuz hücumları qarşılıqlı kiber hücumları ilə cavablandırmayıbdır.
Caberi Ənsari əlavə edib: Hazırda beynəlxalq səhnədəki ciddi çatışmazlıqlardan biri, kiber hücumlarının qarşısını almaq üçün hüquqi bir sisteminin olmamasıdır və təəssüflə, bəzi ölkələrin bu sahədəki hərəkəti beynəlxalq normalara zərbə vurubdur.
İran Xarici İşlər Nazirliyinin sözçüsü və Ümumi və Media Diplomatiyası Mərkəzinin rəisi deyib: İran məsuliyyət qəbul edən bir ölkə kimi daim bu sahədə beynəlxalq çəkindirici işlərə öhdəlikli olubdur və digər ölkələr, xüsusən ərəb ölkələrini də həmkarlığa və dağıdıcı kiber hücumlarından çəkinəmyə çağırır.

Teqlər