Kimyəvi Silahlara Qadağa Təşkilatının mükafatı iranlı tədqiqatçıya verildi
Dek 01, 2015 10:13 Asia/Baku
-
Kimyəvi Silahlara Qadağa Təşkilatının mükafatı iranlı tədqiqatçıya verildi
Kimyəvi Silahlara Qadağa Təşkilatının illik mükafatı Kimyəvi Silahlar Konvensiyasına üzv ölkələrin 20-ci konfransında müştərək şəkildə iranlı və ingilis tədqiqatçılara verilib.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, bazar ertəsi günü Kimyəvi Silahlar Konvensiyasına üzv ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə Kimyəvi Silahlar Qadağası Təşkilatının mükafatı müştərək şəkildə İrandan Mehdi Bilali və İngiltərədən Alester Heyyə təqdim olunub.İran İslam Respublikasının Kimyəvi Silahlara Qadağa Təşkilatındakı nümayəndəsi Əlirza Cahangiri jurnalistlərə verdiyi müsahibədə Mehdi Bilalinin mükafatlandırılmasını elmin müxtəlif sahələrində iranlı mütəxəssislərin ciddiliyinin nişanəsi adlandırıb və deyib: İran İslam Respublikası kimyəvi silahlardan istifadənin əsas qurbanlarından biridir.
Cahangiri beynəlxalq təşkilatlar və dairələrdə iranlı alim və mütəxəssislərin iştirakını İran ictimaiyyətinin beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə ciddi iradəsi və kütləvi qırğın silahları, o cümlədən kimyəvi silahların qurbanlarına köməyin göstəricisi adlandırıb.
Universitet müəllimi və bioloji zəhərlərin müəyyənləşməsi üzrə mütəxəssis Mehdi Bilali uzun illər kimyəvi silahların qurbanlarının müalicəsi sahəsində elmi və araşdırma fəaliyyətləri göstərmişdir.