Dek 01, 2015 13:31 Asia/Baku
  • Oğurlanmış livanlı hərbçilər tezliklə azad olunacaq
    Oğurlanmış livanlı hərbçilər tezliklə azad olunacaq

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri bildirib: Livan-Suriya sərhədində oğurlanan livanlı hərbçilər tezliklə azad olunacaq.

Səhər Beynəlxalq Televiziyasının əl-Aləm telekanalına istinadla verdiyi məlumata görə, Əli Əkbər Vilayəti Livan baş naziri Tamam Salamla Beyrutda görüşdə ikitərəfli əlaqələr və region məsələləri barəsində danışıqlar aparıb.
Vilayəti görüşdən sonra jurnalistlərə deyib: Livan baş naziri son vaxtlar əl-Nüsrə Cəbhəsi terror qruplaşması tərəfindən Suriya sərhədində oğurlanan livanlı hərbçilərin azad olunacağını bildirib.
Vilayəti əlavə edib: İran İslam Respublikası müxtəlif sahələr, o cümlədən regional səviyyədə Livanla əməkdaşlığa hazırdır.
İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri bazar ertəsi günü bir heyətin müşayiəti ilə Dəməşq vasitəsi ilə Livan paytaxtı Beyruta səfər edib.

Teqlər