Dek 01, 2015 14:38 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbəri Macarıstan baş nazirini qəbul ediblər
    İslam İnqilabının Böyük Rəhbəri Macarıstan baş nazirini qəbul ediblər

İslam İnqilabının Böyük Rəhbəri bildiriblər: İran İslam Respublikasının məntiqi dünyanın bütün xalqları ilə əməkdaşlığı genişləndirməkdir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə axşamı günü Macarıstan baş naziri Viktor Urbanla görüşdə buyurublar: İran xalqının Macarıstandan heç bir xoşagəlməz xatirəsi yoxdur və şərafətli siyasətləri və bağlılıqlarına sədaqətli bağlılıqları ilə cavab verir.
İran və Macarıstan arasında çoxlu əməkdaşlıq sahələrinə toxunan İnqilab Rəhbəri buyurublar: Macarıstan hökumətinin Asiyaya baxış üzrə elan etdiyi siyasət doğru siyasətdir və əlaqələrin genişlənməsinin əsası ola bilər.
Həzrət Ayətullahülüzma Xamenei bir çox düşmənçilik və kin-küdurətin əsasını düzgün və qarşılıqlı tanışlığın olmaması adlandırıb və deyiblər: Hazırda dünyaya hakim təbliğat atmosferində reallıqlar fərqli əks etdirilir və bu çirkli atmosferlər insanlıq və bəşəriyyətin zərəri ilə nəticələnir.
İslam İnqilabının Böyük Rəhbəri İran tərəfindən islam dünyası və xristianlıq arasında yaxşı və mehriban dialoqların bərqərar olunmasına toxunub və əlavə ediblər: Bu fürsətlərdən həqiqətləri aydınlatmaq və müştərək nöqtələri artırmaq üçün istifadə etmək islam göstərişlərindən düzgün tanışlığlın yaradılmasında addımdır.
"Hazırda həm Avropa, həm də ABŞ-da gənclərin mehvərliyi ilə sakit və hiss olunmayan mənəvi çiçəklənmə formalaşmaqdadır və gələcəkdə də ehtimal olunur ki, Avropa maddi, elmi və texnoloji inkişaflarla mənəviyyat arasında birlik yarada bilər" -deyə İnqilab Rəhbəri bildiriblər.
Macarıstan baş naziri Viktor Urban da bu görüşdə İran və Macarıstan arasında əməkdaşlıq strukturunun güclənməsinin vacibliyinə toxunub və deyib: Qarşılıqlı dərk davamlı əməkdaşlıqların əsasıdır.
Macarıstan baş naziri ümidvarlıq edib ki, İranın beynəlxalq proseslərdəki önəmli mövqeyi və İslam İnqilabının Böyük Rəhbərinin dəstəyini nəzərə alaraq müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıqlar fürsəti yaranacaqdır.
Urban təbliğat qurumları tərəfindən reallıqların fərqli şəkildə əks etdirilməsi barəsində İslam İnqilabının Böyük Rəhbərinin sözlərinə toxunub və əlavə edib: Beynəlxalq münasibətlərdə sürətli dəyişikliklər qərb və beynəlxalq qüdrətlərin özlərindən yaratdıqları təsvirə zərbə vurub və onları qeyri-münasib ruhi şəraitə salıb.
"İnkişafın əsaslı olması əxlaq, siyasət və din sahələrində qərbin keçmiş meyarlarını məhvə sürükləmişdir" deyən Macarıstan baş nazirinin sözlərinə görə, Qərb öz strategiyası və baxışını şərqə yaxınlaşdırmağa çalışır. Belə ki, mənəvi dəyərlərini tapmaqla həll yollarını əldə edə bilsin.

Teqlər