Vilayəti: Səudiyyə Ərəbistanının Şeyx Nimrə edam qərarı verilməsi pislənilir
Dek 02, 2015 09:05 Asia/Baku
İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Ali-Səud rejiminin mübariz şiə ruhaniyə edam qərarı verməsini pisləyib.
Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti çərşənbə axşamı günü Lİvanda Müsəlman Alimlərin iclasında çıxış edib və deyib: Ərəbistanın alimlər, o cümlədən mübariz şiə ruhani Şeyx Nimr Baqir Nimrə qarşı ədalətsiz, məntiqsiz qərarları ilə əlaqədar hərəkəti pislənilir, islam alimləri bu hərəkəti pisləməli və o da həbsdən azad olunmalıdır.Əli Əkbər Vilayəti əlavə edib: Terrorçular, radikal və təkfirçi qrupların cinayətlərinin tanıtdırılmasında din alimləri və belə iclasların çox yüksək əhəmiyyəti vardır. Çünki terrorçular və radikal qruplar məzlum və günahsız insanlar, hətta başqa dinlərin nümayəndələrinə qarşı islam adı və islam dövləti adı altında cinayətlər törədirlər.
İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri bildirib: Təəssüflər olsun ki, qərblilər öz medialarında islamdan sərt simanın əks olunması üçün təkfirçilərin cinayətlərinə maraq göstərirlər və bu istiqamətdə onları dəstəkləyirlər.