Nəcəfi: İran və AEBA arasında yol xəritəsi sona çatdı
Dek 04, 2015 17:03 Asia/Baku
-
Nəcəfi: İran və AEBA arasında yol xəritəsi sona çatdı
İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi İran və agentlik arasında yol xəritəsinin sona çatdığını deyib:
Səhər Beynəlxalq Televiziyasının Təsnim Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Rza Nəcəfi cümə günü Vyanada AEBA baş direktorunun müavininə istinadla bildirib: Bu beynəlxalq qurumun fikrincə, İran və AEBA arsında yol xəritəsi sona çatıb və yeni addımlara ehtiyac yoxdur.Nəcəfinin sözlərinə görə, AEBA baş direktorunun müavini Tro Varioranta İranın nüvə proqramında ehtimal olunan hərbi cəhətlər barəsində agentliyin hesabatının müxtəlif hissələrini açıqlayaraq bildirib ki, agentliyin fikrincə, yol xəritəsi sona çatıb.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano 2 dekabrda İranın nüvə proqramında ehtimal olunan hərbi cəhətlər iddiası barəsində öz qiymətləndirməsini yayımlayıb.
Bu hesabatda bildirilib: 2009-cu ildən İranın nüvə proqramıdna şübhəli fəaliyyətlərdən nişanə yoxdur.