İsveç Tehranda ticarət ofisi açır
Dek 06, 2015 18:27 Asia/Baku
-
İsveç Tehranda ticarət ofisi açır
İranın rabitə və informasiya texnologiyaları naziri deyib ki, İsveç İran ilə həmkarlıqlarını genişləndirmək məqsədilə Tehranda ticarət ofisi açır.
IRIB-nin məlumatına görə, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Tehranda İsveçin şirkətlər və innovasiya naziri Mikael Damberq ilə görüşdən sonra müxbirlər qarşısında iki ölkə əlaqələrinin tarixi keçmişə malik olduğunu bildirərək, ümidvarlıq edib ki, İsveçin şirkətlər və innovasiya nazirinin Tehrana səfəri ilə iki ölkənin dövlət və özəl sektorlarındakı əməkdaşlıqlarının inkişafına zəmin yaranacaq.Mahmud Vaezi bildirib ki, isveçli şirkətlər sanksiyalar zamanı İranla həmkarlıqlarını kəsmədilər və bu məsələ onların İranda daha fəal iştirakları üçün zəmin ola bilər.
Vaizi həmçinin deyib: İsveçin rabitə şirkətləri və iranlı operatorlar yaxşı bir müqavilə imzalamaq məqsədilə hazırda müzakirə aparmaqdadırlar.
İranın rabitə və informasiya texnologiyaları naziri qeyd edib ki, İsveçin dövlət və özəl sektorlarından bir heyətin bu ölkənin şirkətlər və innovasiya naziri ilə yanaşı Tehranda olması İsveçin İranla həmkarlıqları genişləndirmək ardınca olmasının nişanəsidir.
İsveçin şirkətlər və innovasiya naziri bazar günü İranın neft naziri Bijən Namdar Zəngənə ilə də görüşüb.