Dek 07, 2015 08:40 Asia/Baku
  • Seyid Abbas İraqçı
    Seyid Abbas İraqçı

İran xarici işlər nazirinin müavini altılıq qrupunun MAQATE-nin Direktorlar Şurasına təklif etdiyi qətnamə layihəsinin araşdırılmasından xəbər verib.

Seyid Abbas İraqçı bazar günü gecə IRNA ilə müsahibədə iranlı heyətin bazar günü axşam Avropa İttifaqının xarici siyasət üzrə məsul şəxsinin müavini Helqa Şmidtlə görüşü barədə deyib: Bu görüşün mühüm hissəsi altılıq qrupunun MAQATE-ninn Direktorlar Şurasına təklif etdiyi qətnamə layihəsinin araşdırılmasına sərf olundu və qərarlar çıxarıldı ki, hər şey nüvə anlaşması proqramının icra olunması səmtinə doğru irəliləmiş olsun.
İraqçı əlavə edib: Agentliyin baş direktorunun PMD barədəki hesabatı iki əsas mehvərə malikdir ki, deyir: İranda olan fəaliyyətlər araşdırma həddini keçməyibdir ki, həmin məsələni də əlbəttə, biz qəbul etmir və rədd edirik, amma hər halda, agentliyin İranda olan fəaliyyətlərin araşdırma həddini keçmədiyini bildirməsi də əslində ötən on iki ildə irəli sürülmüş bütün iddiaları rədd edir.
İraqçı İran xarici işlər nazirinin digər müavini Məcid Təxt Rəvançı ilə yanaşı bazar günü axşam Avropa İttifaqının xarici siyasət üzrə məsul şəxsinin müavini Helqa Şmidtlə müzakirə aparıb.

Teqlər