İran İslam İnqilabı Böyük Rəhbərinin Qərb gənclərinə məktubunun önəmi və təsiri
-
İran İslam İnqilabı Böyük Rəhbərinin Qərb gənclərinə məktubunun önəmi və təsiri
İnqilab Rəhbərinin Qərb gənclərinə ünvanlanmış məktubu dünyada bir neçə cəhətli təsirə və əhəmiyyətə malik olub.
Came-Cəm qəzeti bu günkü sayında yazır: İslam İnqilabının Böyük Rəhbərinin Qərb gənclərinə ünvanlanmış məktubu İslam və Qərbin ortaq problemləri və beynəlxalq terrorizm ilə bağlı bir neçə cəhətə və hərtərəfli tarixi təhlillərə malik olub və dünya səviyyəsində böyük rezonans doğurub.
Məqalənin davamında deyilir: Qərb gəncləri ilk məktubda İslam dinini birbaşa olaraq, vasitəsiz şəkildə onu İslam dininin həqiqi mənbəyi olan Quran Kərimdən və İslam Peyğəmbərinin(s.ə.s) həyatından öyrənməyə dəvət olunurdularsa, ikinci məktubda terrorizmin başlıca amili olan digər xalqlar və dinlərin düşmən qələmə verilməsi yerinə, tənqidi qərbşünaslığa diqqət çəkilir.