İranın Neft Nazirliyinin neft-kimya sənayesində sıçrayış proqramı
İranın neft naziri bu nazirliyin neft-kimya sənayesində bir sıçrayışa nail olmaq üçün proqram hazırlamsasından xəbər verib.
Neft və Enerji Xəbər Agentliyinin verdiyi məlumata görə, Bijən Namdar Zəngənə 12-ci beynəlxalq neft-kimya seminarında İran ilə 5+1 qrupu arasında nüvə müzakirələrinin yekunlaşmasına işarə edərək, sanksiyaların qarşıdan gələn günlər ərzində ləğv ediləcəyini bildirib və deyib: sanksiyaların ləğv edilməsi ilə İranın neft-kimya sənayesi yeni bir mərhələyə daxil olmuş olacaq. və 20 illik inkişaf proqramında mövcud olan proqramların tam şəkildə gerçəkləşməsinə ümidvar olmaq olar.
İranın neft naziri ölkə konstitusiyasının 44-cü bəndinin icrasına işarə edərək, deyib: hazırda bu sənayenin inkişaf prioriteti özəl sektora və kooperativ şirkətlərə tapşırılıb və bu istiqamətdə mühüm olan məsələ davamlı olaraq xammal ilə təmin etmək və infrastrukturlar yaratmaqdır.
Bijən Namdar Zəngənə "münasib xammal"ı neft kimya sənayesinə sərmayə qoyuluşu üçün münasib fürsətlərdən adlandırıb və deyib: İranın Neft Nazirliyinin siyasəti neft-kimya sənayesində fəaliyyət göstərən özəl şirkətləri himayə etməkdir.
Namdar Zəngənə sanksiyalardan sonrakı İranın sanksiyalardan öncəki İran ilə tam fərqli olacağını vurğulayıb və deyib: bundan öncə İranda olan şirkətlər İranda öz adlarına şöbələr aça bilər və İranın Neft Nazirliyinin himayəsi ilə öz şəriklərini seçə bilərlər.
İranın neft naziri İran İslam Respublikasını regionun tarazlığının ağırlıq nöqtəsi adlandırıb və deyib: ucuz savadlı işçi qüvvəsi, region bazarlarına çıxışın asan olması və zəngin enerji qaynaqlarının varlığı İranda enerji sektoruna sərmayə qoyuluşu üçün üstünlüklər sayılır.