Ərdəbil vilayəti Mətbuat Evinin Nardaran olayları ilə bağlı bəyanatı
Ərdəbil vilayəti Mətbuat Evi bir bəyanat yayaraq, Azərbaycan hökumətinin bu ölkə şiələrinə qarşı addımlarını qınayıb.
Aran Nyus bildirir ki, Ərdəbil vilayəti Mətbuat Evi bir bəyanat yayaraq, Azərbaycan hökumətinin son addımlarını qınayıb və Nardaran qəsəbəsi sakinləri ilə öz həmrəyliyini elan edərək, bu ölkə başçılarını xalqa doğru qayıtmağa, dinə qarşı hərəkətlərdən və şiəfobiyadan çəkinməyə dəvət edib.
Ərdəbil vilayəti Mətbuat Evi Ərdəbil vilayətinin mətbuat və media ictimaiyyəti adından ümidvarlıq edib ki, bu ölkə hökuməti günümüzün cəlladları olan İŞİD və Ənnüsrə cəbhəsi, qaniçən vəhhabi rejimi və işğalçı sionist rejimi ilə eyni mövqedən çıxış etmək və öz günahsız xalqını qırğın etmək yerinə, öz gücü və qüdrətini bu ölkənin Qarabağda işğal altında olan ərazilərini azad etməyə yönəltsin və bilsin ki, bu ölkənin müsəlman və Əhl Beyt(ə) aşiqi olan xalqı sionistlər və onların düşmənçiliklərinə bu müsəlman və şiə ölkəsini dinsizliyə və şiə məktəbindən uzaqlara sürükləməsinə icazə verməyəcək.
Azərbaycan polisinin 26 noyabr tarixində Nardaran qəsəbəsində dindarlara olan hücumu zamanı 5 dindar həyatını itirib. Onlardan üçünün cənazəsi ailələrinin iştirakı olmadan dəfn olunub. Digər iki cəsədin taleyi isə naməlum olaraq qalır.
Həmçinin, bir qrup qəsəbə sakini o cümlədən Müsəlman Birlik Hərəkatının rəhbəri Tale Bağırzadə həbs edilib.
26 noyabr tarixində baş verən hadisələrin ardınca Nardaran qəsəbəsində keçələrdə dini bayraqların asılması və əzadarlıq mərasimlərinin məscidlərdən kənarda keçirilməsi qadağan edilib. İmamların adına olan bütün divar yazıları silinib və İmamların adlarını daşıyan küçə və məydanların adları dəyişdirilib.
Nardaranda yerləşən Rəhimə Xanım(sə) ziyarətgahının fəaliyyəti dayandırılıb və kənd sakinləri bildirirlər ki, artıq İmam Musa Kazım(ə)-ın qızı, İmam Rza(ə)-ın bacısı olan Rəhimə Xanımın(sə) məqbərəsini ziyarət edə bilmirlər.
Həmçinin, avtomobillərin şüşələrinə dini şüarların yazılması da qadağan edilib.
Azərbaycanda islamçıların ikinci həbs dalğası təqribən bir ay öncə Tale Bağırzadəyə qarşı hörmətsizliyə etiraz edən islamçıların həbsi ilə başlanıb.
Müsəlman Birliyi Hərəkatının sədri olan Tale Bağırzadə Yasamal Rayon Polis İdarəsinə çağırılmış və polis idarəsinin rəisi İsfəndiyar Mehbalayev tərəfindən təhqir və fiziki zorakılığa məruz qalmışdı. Bu zorakılığın səbəbi isə Tale Bağırzadənin namaz qılmaq istəyi olub.
Azərbaycan Respublikasında dindarların repressiya edilməsi 2010-cu ildə hicab qadağasına etiraz edən onlarla islamçının o cümlədən İslam Partiyasının sədri Möhsün Səmədovun həbs edilməsi ilə başlandı.
Azərbaycan Respublikası həmçinin dini tolerantlıq adı altında bəhayilər, Yehova Şahidləri və digər azğın firqələr üçün azad fəaliyyət şəraiti yaradıb.