Dek 13, 2015 17:22 Asia/Baku
  • Ayətullah Məkarim Şirazinin Azərbaycan hökumətindən istəyi
    Ayətullah Məkarim Şirazinin Azərbaycan hökumətindən istəyi

Böyük təqlid mərcələrindən biri Azərbaycan hökumətindən bu ölkə xalqının dini hüquqlarına riayət etməsini istəyib.

İRNA-nın məlumatına görə, Ayətullah Məkarim Şirazi bazar günü bir bəyanat yayaraq, Azərbaycan hökumətinə bu ölkə xalqının dini hüquqlarına hörmət etməyi tövsiyə edib.

Ayətullah Məkarim Şirazi öz bəyanatında son günlər təhlükəsizlik qüvvələri ilə dindarlar arasında çıxan toqquşmada bir qrup dindarın həlak olması və yaralanması barədə deyib: Dini məsələlərlə bağlı məhdudiyyətlərin tətbiq edilməsi xalq etirazlarının bəzən də toqquşmalar və gərginliyin artmasına səbəb ola bilər.

Bu bəyanatda deyilir: İslam ölkələrinin sabitliyi, rifahı və təhlükəsizliyi bizim istəyimizdir və öz növbəmizdə bu yolda heç bir səyi əsirgəmirik.

Bu təqlid mərcəyi həmçinin öz bəyanatında Azərbaycan xalqından istəyib ki, öz dini və məntiqli tələblərini mümkün olduğu qədər qanun çərçivəsində və sivil yollarla izləsinlər.

Ayətullah Məkarim Şirazi öz bəyanatında həmçinin deyib: Bu gün region ölkələrinin təkfirçilər və beynəlxalq sionizm təhlükəsi ilə üzləşdiyi bir vaxtda hamı öz enerjisini bu təhdidlər ilə üzləşməyə səfərbər etməlidir.

Teqlər