İnqilab Rəhbərinin qərb gənclərinə müraciətinin yayımı üçün ictimai diplomatiya
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İslam İnqilabının Böyük rəhbərinin qərb ölkələri gənclərinə müraciətinin yayımı üçün ictimai diplomatiya çərçivəsində bütün addımlar və koordinasiyalar toplusu icra olunmaqdadır.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Sadiq Hüseyn Cabiri Ənsari Xarici İşlər Nazirliyinin İslam İnqilabının Böyük Rəhbərinin qərb ölkələri gənclərinə müraciəti çərçivəsindəki addımları barəsində əlavə edib: İslam İnqilabının Böyük Rəhbərinin qərb gənclərinə 2-ci məktubunun yayılması ilə eyni vaxtda Xarici İşlər Nazirliyi tərəfindən bu müraciətin dünya səviyyəsində addımlar və koordinasiyalar toplusu həyata keçirilib və nazirlikdə nümayəndəliklərlə aparılan koordinasiyaya əsasən İran səfirliklərində işçi qrupları yaradılıb.
Cabiri Ənsari Suriya məsələləri barədə də deyib: İran İslam Respublikasının Suriya böhranı barəsindəki siyasəti elə əvvəldən aydın idi və bir neçə prinsipə əsasən olmuşdur. Bu prinsiplərdən biri bir ölkənin daxili ixtilafları çərçivəsində siyasi məqsədləri reallaşdırmaq üçün terrorizmdən vasitə olaraq istifadəyə qarşı çıxmaqdır.
İranın Xarici Diplomatiya İdarəsinin sözçüsü bildirib: İndiyə qədər Suriya hökumətinin müraciətinə əsasən İranın hərbi məsləhətçiləri Suriyada köməklər etmişlər və bu proses davam edir.
Cabiri Ənsari Səudiyyə Ərəbistanında suriyalı müxaliflərin iclası barədə də deyib: Müxaliflərin iclasları keçirilməkdədir. Ər-Riyad iclasından əlavə Suriya daxilində Həsəkə şəhərində də müxaliflərin iştirakı ilə iclas keçirilib. Həmçinin Dəməşqdə də iclas keçirilib və Parisdə də başqa bir iclas keçirilməkdədir.
İran XİN-in mətbuat katibi bildirib: Suriya böhranının mürəkkəb cəhətlərindən biri müxalifətin ölçülmüş bir cərəyan olmamasıdır. Qrupların çoxluğu və onlar arasındakı rəqabət bəzən onların Suriya hökuməti ilə ixtilaflarından çoxdur.
Xarici İşlər Nazirliyinin rəsmisi Mina faciəsi və faktaraşdırıcı komitə barəsində də deyib: Məsələnin izlənilməsi üzrə İranın siyasəti aydındır. Həcc mərasiminə ev sahibliyi edən hökumət olaraq təbii şəkildə ev sahibliyinin müxtəlif cəhətlərinin hüquqi məsuliyyətləri Səudiyyə Ərəbistanı hökumətinin üzərinədir.