Dek 14, 2015 16:24 Asia/Baku
  • Nardaran hadisələri bir proses deyil, bir hadisə çərçivəsində izlənilsin
    Nardaran hadisələri bir proses deyil, bir hadisə çərçivəsində izlənilsin

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nardaran hadisələri və onun bu ölkə şiələri ilə əlaqədar olması barəsində deyib: İran İslam Respublikasının siyasəti budur ki, əgər qonşu ölkələrdə bəzi vətəndaşları və yaxud dini azlıqların hüquqlarının pozulması istiqamətində hadisələr və olaylar baş verərsə, bu məsələ elə bir formada izlənsin ki, sabit bir prosesə çevrilməsin.

İran Xarici İşlər Nazirliyinin yeni sözçüsü Sadiq Hüseyn Cabiri Ənsari yerli və xarici media nümayəndələri ilə keçirdiyi ilk mətbuat brifinqində Səhər Beynəlxalq Televiziyasının müxbirinin Azərbaycan respublikasında baş verən hadisələr və Xarici İşlər Nazirliyinin bu hadisələr qarşısındakı addımları barəsində suala cavabda bildirib: Ərbəindən bir həftə öncə Azərbaycan Respublikasının Nardaran qəsəbəsində hadisələr baş verdi. İran İslam Respublikası və İran Xarici İşlər Nazirliyi elə əvvəldən bu məsələnin cəhətlərinə nəzarət etmək və hadisənin sabit və siyasi cəhətli bir prosesə çevrilməməsi üçün öz səylərinə başladı.

Cabiri Ənsari əlavə edib: Azərbaycan Respublikası hökuməti ilə məsləhətləşmələr aparıldı. Bu məsləhətləşmələr nisbi şəkildə uğurlu idi və səbəb oldu ki, bu hadisələr bir proses deyil, bir hadisə çərçivəsində idarə olunsun.

“Ümidvarıq ki, bu yol uğurla irəliləsin və biz regionda, xüsusilə də qonşu dövlətlərdə stabillik və dincliyin tərəfdarıyıq” deyən Cabiri Ənsarinin sözlərinə görə, cəmiyyətlər arasında ikitərəfli milli həmrəylik sahələri güclənməli və dövlətlər və xalqların əlaqələri təbii şəkildə öz yolunu davam etdirməlidir.

Cabiri Ənsari Nardaran hadisələri və onun bu ölkə şiələri ilə əlaqədar olması barəsində sualı belə cavablandırıb: İran İslam Respublikasının siyasəti budur ki, əgər qonşu ölkələrdə bəzi vətəndaşları və yaxud dini azlıqların hüquqlarının pozulması istiqamətində hadisələr və olaylar baş verərsə, bu məsələ elə bir formada izlənsin ki, sabit bir prosesə çevrilməsin. Region dövlətləri dini qarşıdurma və toqquşma, o cümlədən şiə və sünni qarşıdurmalarının genişlənməsinə zəmin yaratmamalıdırlar. Çünki bu toqquşmaların yaranması islam ölkələrinin xeyrinə deyil. Bu proseslər diplomatik yollarla izlənildi və bu ölkələrlə olan müsbət əlaqələr potensialından bu məsələlərin izlənməsi üçün istifadə olundu.

İran XİN-in mətbuat katibi deyib: İranın belə böhranların idarəsi üzrə siyasəti belədir və problemlər elə bir istiqamətdə həll olunmalıdır ki, bu məsələdə toqquşan müxtəlif qrupların mənafeyi, həmçinin islam ümməti və İranın mənafeyi bu həll yolunda özünü əks etdirsin. Əsasən bu istiqamətdə addımların izlənilməsi qalmaqallı deyildir və proqnozlaşdırılan yolla bu addımlar həyata keçirilir.

Bu məsləhətləşmələrə əsasən baş verən hadisə idarə olundu və biz daxili ixtilafların Azərbaycanda və yaxud başqa qonşu ölkədə problemin yaranmasına səbəb olmasını istəmirik.

Teqlər