Amano Salehi ilə müzakirə edib
MAQATE-nin baş direktoru və İranın Atom Enerjisi Təşkilatının sədri nüvə anlaşmasının icra tərzi haqda danışıblar.
IRNA xəbər verir ki, Yukiya Amano Əli Əkbər Salehi ilə telefon söhbətində Direktorlar Şurasında PMD işinin bağlanması haqda qətnamənin qəbul olunması münasibətilə təbrik deyərək, bildirib ki, bu qərardan sonra yeni bir atmosfer yaranıbdır.
MAQATE-nin baş direktoru bu telefon söhbətində nüvə anlaşmasının icra tərzi haqda da danışıb.
Salehi də deyib: İranın səyi budur ki, qarşıdakı iki həftəyədək nüvə anlaşmasının icrası gününə şərait yaratsın.
İranın Atom Enerjisi Təşkilatının sədri də MAQATE-dən istəyibdir ki, sanksiyaların ləğvi sahəsində lazımi həmkarlıqları etsin.
Salehi və Amano bu telefon söhbətində nüvə anlaşmasının icrası ilə bağlı bəzi mövzular haqda fikir mübadiləsi aparıblar.
MAQATE-nin Direktorlar Şurası dekabrın 15-də nüvə anlaşması əsasında bir qətnamə qəbul edərək, PMD adlandırılan iddia olunan mütalilələr işində təhqiqata xitam verildiyini elan etdi.