150 daxili və xarici şirkət 17-ci dəniz sənayesi sərgisində
İranın dəniz sənayesi bazarı yüksək potensiallı geniş bir bazardır və iştirak və investisiya üçün özünəməxsus cazibədarlıqlara malikdir.
Xarici şirkətlərin nüvə razılaşmasından sonra
17-ci dəniz sənayesi sərgisində iştirakı bu sərgini ötən illərdəki sərgilərdən fərqli edibdir.
17-ci dəniz sənayesi sərgisi ölkənin sənaye, mədən və ticarət naziri Nemətzadənin, 110 daxili və müxtəlif ölkələrdən olan 40 iştirakı ilə xarici şirkətin iştirakı ilə Kişdə işə başladı. Bu sərgidə Rusiya, Hollandiya, Sinqapur, Hindistan, Norveç, Almaniya, Cənubi Koreya, Danimarka, Yaponiya, Çin, Amerika, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya və İtaliyadan olan xarici, eləcə də daxili şirkətlər İranın Kiş adasının beynəlxalq sərgilər üzrə daimi məkanında iştirak edirlər.
Sərgidə "Cəməran" esminesi, sualtı qayıqlar, sürətli qayıqlar, yüngül dəniz qayıqları və əyləncə qayıqları sərgilənib.
Daxili və beynəlxalq investisiyalar üzrfə böyük fürsətlərin aşkarlanaraq, təqdim olunması, qabiliyyətlərin, əlaqədar sənayelərin son nailiyyətləri, təsisatlar, həmçinin açıq və üstüörtülü mühitlərdə dəniz və liman platformalarının təqdimi İranın Kiş adasında 17-ci dəniz sənayesi sərgisi və beynəlxalq dəniz sənayesi konfransının keçrilməsi üzrə mühüm hədəflərdəndir.