İnqilab Rəhbəri: Yeni İslam sivilizasiyası formalaşdırılmalıdır
İslam İnqilabının Böyük Rəhbəri islam ölkələrinin təşəbbüsü ilə dünyada yeni islam sivilizasiyasının formalaşdırılmasını vurğulayıblar.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün İslam peyğəmbəri Həzrət Məhəmməd Mustafanın (s.ə.s) səadətli mövludu münasibəti ilə İran İslam Respublikası hökumət rəsmiləri və islam ölkələrinin İrandakı səfirlərini qəbul ediblər.
"İslam ümmətinin hazırkı vəzifəsinin sadəcə peyğəmbərin mövludu günündə şənlik keçirmək olmadığını" deyən İslam İnqilabının Böyük Rəhbərinin sözlərinə görə, İslam dünyası yüksək məqama malik İslam peyğəmbəri kimi yeni ruh və yeni atmosfer açmalı və yeni İslam sivilizasiyasını formalaşdırmalıdır.
İslam İnqilabının Böyük Rəhbəri deyiblər: Bu, Qərbi öz qibləsi hesab etməyən İslam dünyası alimləri və ziyalılarına xitabdır. Çünki mən artıq İslam dünyasının siyasətçilərinə o qədər də ümid bəsləmirəm.
Həzrət Ayətullahülüzma Xamenei əlavə ediblər: Hazırda düşmənlərin məqsədi müsəlmanlar arasında daxili müharibə yaratmaqdır və təəssüflər olsun ki, Suriya və Yəmən kimi islam ölkələrini viran etməkdə müəyyən qədər müvəffəq olublar.
İnqilab Rəhbərinin görüşdəki çıxışı ilə bağlı xəbərin təfsilatı sonradan əlavə olunacaq.