Dek 31, 2015 19:55 Asia/Baku
  • Həmədanda nano mis toz istehsalı
    Həmədanda nano mis toz istehsalı

İlk dəfə olaraq, İranda, Həmədan şəhərində atmosfer şəraitində uzunmüddətli davamlılığa malik 99,99%-lik nano mis toz istehsal etmək mümkün olub.

Hər il ölkədə təqribən 250 ton mis toz istehlak olunur ki, onların hamısı idxal olunur.

Burada tədqiqat gənc tədqiqatçıların köməyilə irəliləyir. Məhlullar rəng dəyişirlər ki, istehsal prosesi təsbit olsun. Burada nano mis tozun yaxşılaşdırılması üsullarından biri həyata keçirilir. Yeni xammaldan istifadə ilə yenə də bu rəng dəyişikliyi müşahidə olunur.

Nano mis toz istehsalı zamanı mis metal misə çevrilir. Xarici nümunə ilə müqayisədə 40 faizlik qiymət azalması baş verir. Bu rəqəm ölkə sənayesində ucuz istehsal üçün bir yaşıl işıqdır. Himayə olunacağı halda, istehsal səviyyəsi ildə 250 tonadək artırıla bilər. Ticariləşdirmək baxımından işlər görülüb və müxtəlif şirkətlərlə müqavilələrin bağlanması və tenderlərin keçrilməsi işləri görülməkdədir. Elektron və hətta müdafiə avtomobilqayırma sənayesi nanotexnologiya yoluna göz dikib. Bu kiçik mis tozlar milli istehsal və məhsulların yerliləşdirilməsi sahəsində böyük addımların atılması müjdəsini verir.

Teqlər