Yeni milad ili münasibətilə dünya xristianlarına təbrik
https://azeri.sahartv.ir/news/İran-i202312-yeni_milad_ili_münasibətilə_dünya_xristianlarına_təbrik
Bu gün, 2016-cı il yanvarın biri, yeni milad ilidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 01, 2016 05:36 Asia/Baku
  • Yeni milad ili münasibətilə dünya xristianlarına təbrik
    Yeni milad ili münasibətilə dünya xristianlarına təbrik

Bu gün, 2016-cı il yanvarın biri, yeni milad ilidir.

İran İslam Respublikasının Teleradio Təşkilatı dünya xristianlarını, xüsusən İran xristianlarını yeni milad ili münasibətilə təbrik edərək, onlara dünya səviyyəsində dinclik, sülh, ədalət və bərəkətlə dolu bir il arzu edir.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani və İranın digər rəsmiləri öz növbələrində xristian ölkələrin xalqları, rəsmiləri və dövlət başçılarına müraciətlərində yeni milad ilinin başlanmasını təbrik və yeni milad ilində hamı, xüsusən xristianlar üçün sevinc, sağlamlıq və sülh arzu ediblər.

Həzrət İsa(ə) böyük ilahi peyğəmbərlərdən olaraq, Qurani-Məciddə çox hörmətlə yad edilibdir.

Qurani-Kərimin bir çox ayələrində Həzrət İsa(ə) təqdim olunur və səmavi kitab və şəriətə malik olan peyğəmbərlərdən biri kimi onun yeri və roluna işarə edilir.