General Cəzayeri: İranın müdafiə və raket qüdrətinin artırılması ciddi şəkildə davam edəcək
İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini deyib ki, İranın müdafiə və raket qüdrətinin artırılması ciddi şəkildə davam edəcək.
Fars xəbər agentliyinin məlumatına görə, İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general Seyid Məsud Cəzayeri cümə axşamı günü son raket sınaqları bəhanəsilə Amerikanın İrana qarşı yeni sanksiyalar tətbiq etmək üzrə səylərinə reaksiyada deyib: Dəfələrlə elan olunduğu kimi, İranın müdafiə və raket qüdrətinin artırılmasının nüvə anlaşması ilə heç bir əlaqəsi olmayıb və Amerikanın İrana qarşı yeni sanksiyalar tətbiq etmək üzrə son səyləri onların İran İslam Respublikası quruluşuna qarşı küdurətlərinin dərinliyini göstərir.
Cəzayeri deyib: Biz hətta bir gün də olsun belə, öz raket və müdafiə imkan və qüdrətimizin yüksəldilməsindən qəflətə qapılmamışıq. O, əlavə edib: Müdafiə, xüsusən raket imkanları İran İslam Respublikasının qırmızı xətlərinə daxildir və İranın silahlı qüvvələri, Ali Baş Komandan Həzrət Ayətullahuluzma Xameneinin tədbirlərinə əsasən, bu sahədəki siyasətlərini keçmişdəki kimi qüdrət və ciddiliklə izləyirlər.
İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini vurğulayıb: İran xalqı, xüsusən silahlı qüvvələr öz müdafiə qabiliyyətlərini çəkindirici və milli təhlükəsizliyin qoruyucusu bilərək, heç vaxt əcnəbilərə ona müdaxilə icazəsi verməyəcəklər.