Tehranın cümə namazı xütbələri
Tehranın cümə namazı xətibi İslam İnqilabının vəzifəsini əsl Muhəmməd(s.ə.s.) İslamının təqdimi və islami sivilizasiyanın irəliləyişi üçün alimlər və din xadimlərinin təcrübələrindən istifadə adlandırıb.
Tehranın cümə namazı xətibi Höccətulislam Vəlmuslimin Kazem Seddiqi regiondakı hazırkı böhranlara və islami ölkələrdəki qırğınlara toxunaraq, deyib: İcazə vemək olmaz ki, dünyanın zalım qüvvələri özlərinin hegemonçuluq hədəflərinə çatmaq üçün İslam ümmətindəki insanlığa xələl gətirsinlər.
Höccətulislam Vəlmuslimin Seddiqi vurğulayıb: İran İslam Respublikası, əsası tövhid və islami əxlaq olan böyük sivilizasiya yaratmaq üçün İslam dünyasının bütün imkanlarından istifadə etmək ardıncadır.
Tehranın cümə namazı xitabətçisi həmçinin 2009-cu ildə İranda keçirilən prezident seçkilərindən sonrakı hadisələri xatırladaraq, onu İslam İnqilabına zərbə vurmaq üçün İran İslam Respublikası düşmənləri üçün bir fürsət adlandırıb və belə deyib: Amerika və İngiltərənin İran xalqını inqilabdan ayırmaq üzrə planı İran xalqının fərasəti ilə 2009-cu il dekabrın 30-da zərərsizləşdirildi və İslam İnqilabının izzəti bir daha dünyaya nümayiş etdirildi.
Höccətulislam Vəlmuslimin Seddiqi 2016-cı iln fevralında keçiriləcək Rəhbərlik Xübreqanı Məclisi və İslam Şurası Məclisi seçkilərinə işarə edərək, vurğulayıb: Rəhbərlik Xübreqanı Məclisi və İslam Şurası Məclisinə İranın tərəqqisi və abadlığı ardınca olan kəslər keçməlidirlər və bu mühüm məsələnin reallaşması İran xalqının sayıqlığını tələb edir ki, ən yaxşı seçimə səs vermiş olsun.
Tehranın cümə namazı xitabətçisi Nigeriyanın ordu qüvvələrinin Zaria şəhərində bu ölkənin islami hərəkatının rəhbəri Şeyx İbrahim Əlzəkzakinin mənzilinə və Nigeriyadakı bir neçə hüseyniyyəyə hücumlarını da pisləyib və bildirib ki, Nigeriyada öldürülən günahsız insanların qanları heç zaman hədər getməyəcəkdir.