Yan 05, 2016 12:15 Asia/Baku
  • İran səfiri: İslam ölkələri Şeyx Nimrin edamına reaksiya verməlidirlər
    İran səfiri: İslam ölkələri Şeyx Nimrin edamına reaksiya verməlidirlər

İran və Səudiyyə Ərəbistanının Azərbaycan Respublikasındakı səfirləri ANS televiziyasının proqramında iki ölkə arasında yaranan problem barədə açıqlama veriblər.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Səudiyyə Ərəbistanının Azərbaycan Respublikasındakı səfiri Müsaid Bin İbrahim Bin Abdulla əl-Səlim İranı suçlayaraq bildirib ki, Ərəbistan krallıqda terrorizmə qarşı şəri hökmlərin icrası barədə İranın hücum xarakterli açıqlamasına sərt şəkildə etiraz və onu tam şəkildə rədd edir.

İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin səudiyyəlilərin bu hərəkətini təfriqə salmaq və ifratçı terrorçuluğu dəstəkləmək siyasətlərinin davamında bir addım adlandırıb və deyib: Əlbəttə dünya müsəlmanları Şeyx Nimrin edamından narazıdır və bu cinayətin amillərinə öz etirazını bildirir.

İran səfiri əlavə edib: Dünya müsəlmanlarının İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən istəyi budur ki, bu cinayətə reaksiya versinlər və bu hadisəni beynəlxalq hüquq parametrləri çərçivəsində dəyərləndirsinlər.

Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı arasında gərginliyin baş verməsi ardınca İran və Ərəbistanın Azərbaycan Respublikasındakı səfirliklərinin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Teqlər