Yan 05, 2016 14:43 Asia/Baku
  • İnqilab Rəhbəri Əfqanıstan hökumətinin icra rəhbərini qəbul ediblər
    İnqilab Rəhbəri Əfqanıstan hökumətinin icra rəhbərini qəbul ediblər

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Əfqanıstanın problemlərinin həll yolu etnosların vəhdəti və rəsmilərin birliyidir.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün Əfqanıstan hökumətinin icraedici rəhbəri Abdulla Abdullanı qəbul ediblər.

Görüşdə İran və Əfqanıstanın çoxlu əməkdaşlıq keçmişi və potensiallarına toxunan İnqilab Rəhbəri buyurublar: İran Əfqanıstanın sabitliyi və inkişafını öz təhlükəsizliyi və inkişafı hesab edir.

Həzrət Ayətullahülüzma Xamenei İranın Əfqanıstan xalqına dəstəkləri, o cümlədən İslam Respublikasının SSRİ-nin işğalçılığı ilə özünəməxsus müxalifəti və Əfqanıstan mücahidlərinə dəstəyini xatırladaraq deyiblər: İran hazırda da Əfqanıstanın kənarındadır və təxminən 3 milyon Əfqanıstan vətəndaşına ev sahibliyi edir.

İslam İnqilabının Böyük Rəhbəri İranda təxminin 16 min tələbə və məzunun olmasını Əfqanıstan üçün dəyərli fürsət adlandırıb və deyiblər: Əfqanıstan hökuməti təşviqedicilər təyin etməklə bu ali təhsillilərin ölkələrinə qayıdaraq xidmət etmələrinə şərait yaratmalıdır.

İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: İran və Əfqanıstan arasında əməkdaşlıqlar səviyyəsinin yüksəlməsi hər iki tərəfin xeyrinədir və səmimilik və əməkdaşlıqla sərhəd suları kimi bəzi məsələlər həll olunmalıdır.

İnqilab Rəhbəri ötən illərdə Əfqanıstan mücahidlərinin siyasətdən təcrid olunmasını tənqid edərək bildiriblər: Döyüşçülər kimi adlarla mücahidləri təcrid etmək yanlış siyasətdir və hərbi hücuma və böyük fitnəyə məruz qalan bir ölkədə vətəndaşlar özləri mücahid ruhiyyəsi ilə ölkəni müdafiə etməyə hazır olmalıdırlar.

Həzrət Ayətullahülüzma Xamenei ABŞ-ın Əfqanıstandakı qırğınları və bu ölkəyə çoxlu xəsarətlər vurmasına toxunaraq əlavə ediblər: Amerikalılar hələ də Əfqanıstandan əl çəkmirlər. Lakin Əfqanıstan vətəndaşlarında müqavimət və dindarlıq ruhiyyəsinin çox dərin və tarixdə məşhur olduğuna görə, heç bir işğalçı Əfqanıstanda davam gətirə bilməmişdir.

Teqlər