Sepah-ın 2-ci raket şəhərciyinin təqdimatı oldu
https://azeri.sahartv.ir/news/İran-i203094-sepah_ın_2_ci_raket_şəhərciyinin_təqdimatı_oldu
İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın aviasiya qüvvələrinin 2-ci raket şəhərciyi İran İslam Şurası Məclisi sədrinin iştirakı ilə istifadəyə verilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2016 14:13 Asia/Baku
  • Sepah-ın 2-ci raket şəhərciyinin təqdimatı oldu
    Sepah-ın 2-ci raket şəhərciyinin təqdimatı oldu

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın aviasiya qüvvələrinin 2-ci raket şəhərciyi İran İslam Şurası Məclisi sədrinin iştirakı ilə istifadəyə verilib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Sepah-ın ilk raket şəhərciyinin təqdimatından təqribən 3 ay sonra, Sepah-ın ikinci raket şəhərciyi çərşənbə axşamı İran Parlamentinin sədri Əli Laricaninin iştirakı ilə istifadəyə verilib.

Bu raket şəhərciyində müxtəlif növlü raketlər o cümlədən İranın ən yeni "İmad" ballistik raketlərinə rast gəlmək mümkündür.

Sepah bildirib ki, İranın bir çox şəhərində raket şəhərcikləri təsis edib və bu raket şəhərciklərinin hamısı düşmən üçün əlçatmaz yerdə yaradılıb.

Sepah-ın aviasiya qüvvələri komandanı general Əmir Əli Hacızadə bundan öncə bildirmişdi ki, Sepah-ın raket şəhərcikləri yerin 500 metr dərinliyindən düşmənin istənilən növ təhdidlərinə cavab verməyə hazırdır.