İran və Türkmənistan əlaqələrinin genilənməsinin əhəmiyyəti vurğulanıb
https://azeri.sahartv.ir/news/İran-i203283-İran_və_türkmənistan_əlaqələrinin_genilənməsinin_əhəmiyyəti_vurğulanıb
Türkmənistan prezidenti deyib: Hökumət İran İslam Respublikası ilə ikitərəfli əməkdaşlıq və əlaqələrin genişləndirilməsinə sadiqdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 07, 2016 15:22 Asia/Baku
  • İran və Türkmənistan əlaqələrinin genilənməsinin əhəmiyyəti vurğulanıb
    İran və Türkmənistan əlaqələrinin genilənməsinin əhəmiyyəti vurğulanıb

Türkmənistan prezidenti deyib: Hökumət İran İslam Respublikası ilə ikitərəfli əməkdaşlıq və əlaqələrin genişləndirilməsinə sadiqdir.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov çərşənbə günü İranın Aşqabaddakı səfiri Seyid Məhəmməd Musa Haşimi Qolpayeqaninin səlahiyyət müddətinin başa çatması ilə bağlı mərasimdə əlavə edib: Türkmənistan İran İslam Respublikası ilə müxtəlif sahələrdə, o cümlədən ikitərəfli, neçə tərəfli, regional və beynəlxalq əməkdaşlığa malikdir. İki ölkə rəsmiləri arasında müxtəlif səviyyələrdə görüşlər əməkdaşlıqların davamı üçün tərəflərin iradəsini əks etdirir.