Yan 09, 2016 12:04 Asia/Baku
  • General Cəzayeri: İran öz müdafiə hazırlıqlarını yüksəldəcək
    General Cəzayeri: İran öz müdafiə hazırlıqlarını yüksəldəcək

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini deyib ki, Amerikanın təzyiqlərinin şiddətlənməsi şəraitində İranın öz müdafiə hazırlıqlarını yüksəltməkdən savayı bir çarəsi yoxdur.

Sepah Nyus-un məlumatına görə, İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-mayor pasdar Seyid Məsud Cəzayeri şənbə günü Amerikanın İranın müdafiə proqramlarına qarşı müdaxilə mahiyyətli hərəkətlərinə reaksiyada əlavə edib: İran İslam Respublikasının əsas hərbi və müdafiə qüdrəti xalq, gənclər və müqavimət qüvvələrinə istinaddır.

General-mayor Cəzayeri deyib: İranın müdafiə imkanları təhdidlərə uyğun surətdə yüksəlib və təzyiqlər və təhdidlər hər nə qədər artırılarsa, İranın hərbi və müdafiə qüdrəti də bir o qədər artırılacaqdır.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini həmçinin Amerikanı insan haqlarının pozucusu və terrorizmlə mübarizənin yalançı iddiaçısı adlandıraraq, vurğulayıb: Amerika və dünya terrorçularının əsas himayəçiləri, kütləvi qırğın silahları üzrə böyük cəbbıəxanalara malik olan və insan haqlarının ən böyük pozucuları olan ölkələrin digər ölkələrin müdafiə təchizatları haqda fikir bildirmək haqları yoxdur.

Teqlər