İslam İnqilabının Böyük Rəhbərinin Qum əhalisi ilə görüşü
İslam İnqilabının Böyük Rəhbəri buyurublar: Qum əhalisi İslam İnqilabının zəminlərini yaratmaq və vaxtında məsuliyyət hissi keçirməklə İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in müdafiəsində meydana girdi.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei şənbə günü, 9 yanvar şah rejiminə qarşı tarixi qiyamın ildönümü günündə Qum şəhərinin ruhaniləri, din xadimləri və müxtəlif təbəqələri ilə görüşdə əlavə ediblər: Düşmənlərin bütün ciddi-cəhdləri İslam İnqilabının davamlılığını aradan götürmək üçündür və bütün İran xalqı İslam İnqilabının davamlılığı istiqamətində ciddi-cəhd göstərməlidir.
İslam İnqilabının Böyük Rəhbəri İslam İnqilabının davamlılığını düşmənlər üçün qəhərli və çətin adlandıraraq, vurğulayıblar: 2009-cu il seçkiləri düşmənin İslam İnqilabına qarşı yeni tədbirlərindən idi ki, Amerikanın qəbul etmədiyi bir dövlətin seçilməsi bəhanəsilə səs qazana bilməmiş azlığı küçələrə çıxardılar, amma müvəffəq olmadılar.
Həzrət Ayətullahuluzma Xamenei hamını 2016-cı il 26 fevral İslam Şurası Məclisi və Rəhbərlik Xübreqanı Məclisi seçkilərində iştiraka çağıraraq, bu seçkilərdə iştirakı İranın etibarının qorunması adlandırıb və buyurublar ki, seçkilərdə iştirak İranın davamlılığını təmin edir və onu tam təhlükəsizlik hasarında saxlayır.
Həzrət Ayətullahuluzma Xameneinin Qum əhalisi ilə görüşdəki bəyanatlarının şərhi sonradan nəzərinizə çatdırılacaqdır.