İslam İnqilabının Böyük Rəhbərinin Qum əhalisinin müxtəlif təbəqələri qarşısındakı bəyanatı(tam)
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Bütün təzyiqlərə rəğmən, İran İslam İnqilabı öz davamlılığını ilkin amal və prinsiplər əsasında qoruya bilibdir.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei şənbə günü Qum şəhərinin din alimləri və əhalisindən minlərlə nəfərlə görüşdə Qum əhalisinin mərcəiyyət və ruhaniyyəti himayə üzrə 9 yanvar tarixi qiyamını yüksək dəyərləndirərək, inqilabın davamlılığının dəlil və amillərinin şərhində vruğulayıblar ki, inqilabın davamlılığı, düşmənlərin fitnələri üzərində qələbə və xalqın dincliyi xalqın və məsul şəxslərin agahlığı və sayıqlığı ilə mümkün olubdur.
Həzrət Ayətullahuluzma Xamenei həmçinin deyiblər: Amerikalılar 2009-cu ildə İranda prezident seçkilərindən sonra özlərinin bir neçə ölkədəki uğurlu təcrübələrini seçkilər bəhanəsilə İranda da icra etmək, səs qazanmamış azlığı qabartmaq və onları maliyyə və siyasi cəhətdən himayə etməklə seçkilərin nəticəsini pozmaq istəyirdilər, amma onların İranda rəngli inqilab və çevrilişləri xalqın iştirakı ilə məğlub oldu.
İslam İnqilabının Böyük Rəhbəri xalqın seçkilərdə istirak üçün məsuliyyət hissi keçirməsini inqilabın davamlılığının dəlillərindən adlandırıb və İslam Şurası Məclisi və Rəhbərlik Xübreqanı Məclisinə olacaq qarşıdakı seçkilərdə səsvermə şəraitinə malik olan bütün şəxslərin iştirakı vacibliyini bir daha vurğulayaraq, söyləyiblər: Keçmişdəki kimi israr edirik ki, hamı, hətta İran İslam Respublikası quruluşunu qəbul etməyən kəslər belə, seçki məntəqələrinə gəlsinlər, zira seçkilər xalqa, İrana və quruluşa aiddir.
Həzrət Ayətullahuluzma Xamenei hamının seçkilərdə iştirakının islami quruluşun möhkəmliyi və güclənməsi, tam təhlükəsizliyin təmininin davam etməsi, xalqın etibarı və hörmətinin dünya xalqlarının gözlərində yüksəlməsi və düşmənlərin yanında İran İslam Respublikasının böyüklüyünə səbəb olduğunu bildiriblər.
Həzrət Ayətullahuluzma Xamenei İslam Şurası Məclisinin daxili və beynəlxalq səhnələrdəki yüksək yerinə işarə edərək, belə qeyd ediblər: Məclisin hər bir üzvünün gövlətlərin hərəkətinin formalaşması və xalqın müqavimətinin təzahüründə rolu var. Buna görə, bütün vilayət və şəhərlərin əhalisi öz nümayəndələrinin seçilməsinə tamamilə diqqət yetirməli və seçimin düzgünlüyündə əminliyə çatmalıdır.
İslam İnqilabının Böyük Rəhbəri Xübreqan Məclisini də olduqca mühüm adlandırıb və vurğulayıblar: Bu məclis istəyir ki, hazırkı rəhbər həyatda olmayan gün "rəhbər"i, yəni inqilabın hərəkətinin aparıcısını seçsin və bu məsələ son dərəcə mühümdür.