Almaniya İranın nəqliyyat sektorunda əməkdaşlıq edəcək
Abbas Axundi Almaniyanın sabiq kansleri Gerhard Şruderin başçılıq etdiyi heyət ilə görüşünün ardınca deyib: Bu görüşdə İrandan bir tranzit ölkəsi kimi iistifadənin edilməsi və Almaniya banklarının İranda fəaliyyət göstərməsi ilə bağlı məsələlər diqqət mərkəzində saxlanılıb.
Almaniyanın sabiq kansleri Gerhar Şruder də Almaniya şirkətlərinin İrandakı iştirakının iki ölkə əlaqələrində yeni bir səhifə açacağını vurğulayıb və deyib: İranda Almaniya şirkətlərinin iştirakı ilə hava limanları və dəmir yollarının inşası iki ölkə arasında iqtisadi əlaqələrin sürətləndirilməsinə zəmin yaradacaq.
Şruder İrana səfəri zamanı onu müşayiət edən heyətin üzvlərinin Almaniyanın iri və xırda şirkətlərinin təmsilçilərindən ibarət olduqlarını deyərək, əlavə edib: Bu şirkətlər barəsində müzakirə aparılan mövzular sahəsində, iqtisadi əlaqələr, ticarət və sərmayə qoyuluşu üzrə yüksək keyfiyyətə və təcrübəyə malikdirlər.
G.Şruder İranda sərmayə qoyuluşu məsələsinə təkid edərək, vurğulayıb: Bu iş gənclər üçün yeni iş yerlərinin yaradımasına səbəb olacaq və bu baxımdan, görüləcək işlər çox önəmlidir.