Rəfsəncani: Ərəbistanın yeni hökmranları regionun təhlükəsizliyini xətərə salırlar
Yan 12, 2016 08:25 Asia/Baku
İranın Məsləhət Şurasının sədri deyib ki, Ərəbistanın yeni hökmranları daxili və xarici siyasətlərdə regionun təhlükəsizliyini xətərə salan hərəkətlərə əl atırlar.
İranın Məsləhət Şurasının sədri Ayətullah Əkbər Haşimi-Rəfsəncani bazar ertəsi günü Tehranda Almaniyanın keçmiş kansleri Gerhard Şruder ilə görüşdə Ərəbistanın regiondakı avantüralarını və Ərriyad-Tehran əlaqələrində yaranmış gərginliyi tənqid edərək, deyib ki, Ərəbistanda kral Abdullahdan sonrakı hökmranların militarist siyasətləri regionu təhlükəli edibdir.