Şruderin iqtisadi əməkdaşlıq təmərküzləşməsilə Tehranda məşvərətləri
Almaniyanın keçmiş kansleri Gerhard Şruder nüvə anlaşmasının icrası və İrana qarşı bank və iqtisadi sanksiyaların ləğvi ərəfəsində xüsusi sənaye, ticarət və iqtisadi heyətlə Tehrana gəlib.
Gerhard Şruder bazar ertəsi günü səhər Almaniyanın sənaye, ticarət və iqtisadi rəsmilərindən 20 nəfərlə yanaşı Tehrana gələrək, İranın siyasi və iqtisadi rəsmiləri ilə görüşüb.
Almaniyanın keçmiş kanslerinin Tehrana iqtisadi səfəri tarixi nüvə anlaşmasından sonra Avropanın yüksək vəzifəli heyətlərinin İranda iştiraklarının davamında həyata keçir.
Almaniyanın keçmiş kanslerinin Tehranda iştirakı ilə bir vaxtda Sloveniyanın iqtisadiyyat və texnologiya inkişafı naziri Zdravko Poçivalşik xüsusi iqtisadi bir heyətlə İrandadır.
Müxtəlif avropalı ölkələr nüvə anlaşmasının icra olunmasından öncə İranın çoxmənfəətli iqtisadi bazarında yenidən iştiraklarına şərait yaradırlar.
Dünya sənayesi və iqtisadiyyatında xüsusi yerə malik olan Almaniyanın keçmiş kanslerinin Tehrana səfəri mühüm və böyük alman iqtisadi şirkətlər üçün İranda investisiyanın önəmini göstərir.
Elə bu önəmə görə, Gerhard Şruder bazar ertəsi günü axşam İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdə nüvə anlaşmasının uğurundan razılıq edərək, deyib ki, Almaniya şirkətlərinin sahibləri və müdirləri İranda bütün iqtisadi və sənaye sahələrində iştiraka hazırdırlar.
Almaniyanın keçmiş kansleri Zəriflə görüşdən öncə İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani ilə görüşüb. Şəmxani bu görüşdə deyib ki, İranın regionda stabilllik yaradan siyasətləri və ticarət, məşğulluq və investisiya üzrə təhlükəsiz atmosferin yaradılmasına səy xarici şirkətlərin İranda investisiyaya meyl etmələrinə səbəb olub.
Şəmxaninin sözlərinə görə, İran elmi əsaslı şirkətlər, enerji, nüvə və nano sahələri daxil olmaqla müasir elm və texnologiya mübadiləsi sahələrində Almaniya ilə həmkarlığa hazırdır və bu sahələrdə sərmayə yatırımlarını alqışlayır.
İranın yol və şəhərsalma naziri Abbas Axundi ilə görüş İranın iqtisadi və siyasi rəsmiləri ilə sıx məşvərətləri gedişində Almaniyanın keçmiş kanslerinin sonrakı proqramı olub.
Abbas Axundi bu görüşdə deyib ki, alman şirkətlər İranın nəqliyyat sektorunda iştirakla aviasiya, dəniz, quru və dəmir yolu sahələrində infrastruktur layihələr icra edəcəklər.
Gerhard Şruder də qeyd edib ki, alman şirkətlərin İranda iştirakı iki ölkə həmkarlığında yeni bir fəslin başlanğıcı olacaq. O, bildirib ki, alman şirkətlərin iştirakı ilə İranda hava limanı və dəmir yolunun inşası iki ölkənin investisiya və iqtisadi əlaqələrinin çiçəklənməsi üçün bir başlanğıcdır.