İnqilab Rəhbəri "İncəsənət Fiqhi" milli seminarının təşkilatçıları ilə görüşdə mühüm bəyanatla çıxış ediblər
İslam İnqilabının Böyük Rəhbəri deyiblər: İslam incəsənəti qəbul etməklə kifayətlənmir, ona təkid belə edir.
İslam İnqilabının Böyük Rəhbərinin ofisindən verilən məlumata görə, Həzrət Ayətullahülüzma Xamenei "İncəsənət Fiqhi" milli seminarının təşkilatçıları ilə görüşdə buyurublar ki, incəsənətlə bağlı şəri hökmlərin verilməsi üçün fiqhin incəsənət və onun hüdudları ilə tanış olması lazımdır.
İslam İnqilabının Böyük Rəhbəri incəsənət mövzusunun önəminə təkid edərək, dini elmlər mədrəsəsinin incəsənət fiqhi məsələsinə daxil olmasından razılıq ediblər.
İnqilab Rəhbəri həmçinin deyiblər: İncəsənət bəyənilmiş və humanist bir məsələ olaraq, güclü təxəyyülün və yaradıcılıq qabiliyyətinin nəticəsidir. İncəsənət insan həyatının ayrılmaz bir hissəsidir və fəqihlər və dini elmlər mədrəsələri arasında da daim güclü şairlər və ədəbiyyatçılar olub.
Həzrət Ayətullahülüzma Xamenei həmçinin, incəsənətin müasir insanın həyatı ilə birbaşa əlaqəyə malik olduğuna və insanların düşüncələri və həyat tərzinə bir başa təsir buraxdığına işarə edərək, deyiblər: İncəsənət sahəsində bir sıra məşhur fitvalar barəsində dəqiq araşdırmaların aparılması yolu ilə, yeni fikirlər bəyan etmək olar.
İslam İnqilabının Böyük Rəhbəri incəsənət fiqhində yenilik və yenilikçiliyə ehtiyacın olduğunu vurğulayıb və deyiblər: Fiqhi qaydaların qorunması məsələsi diqqət mərkəzində saxlanılmalı və ümumi rəyin təsiri altına düşmədən, şiə fiqhinin prinsiplərinə əsaslanaraq, Quran və Sünnətə uyğun şəkildə incəsənət fiqhinin inkişaf etdirilməsinə ehtiac var.