Beynəlxalq Kiş Enerji sərgisində çoxlu xarici şirkət iştirak edir
https://azeri.sahartv.ir/news/İran-i204087-beynəlxalq_kiş_enerji_sərgisində_çoxlu_xarici_şirkət_iştirak_edir
XXII Beynəlxalq Kiş Enerji Sərgisi 195 yerli və xarici şirkətin iştirakı ilə Kiş Beynəlxalq Sərgilər Mərkəzində işə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 14, 2016 08:20 Asia/Baku
  • Beynəlxalq Kiş Enerji sərgisində çoxlu xarici şirkət iştirak edir
    Beynəlxalq Kiş Enerji sərgisində çoxlu xarici şirkət iştirak edir

XXII Beynəlxalq Kiş Enerji Sərgisi 195 yerli və xarici şirkətin iştirakı ilə Kiş Beynəlxalq Sərgilər Mərkəzində işə başlayıb.

Bu iqtisadi prosesdə 160 yerli və 35 xarici şirkət, o cümlədən İtaliya, Çin, Türkiyə, Hollandiya, Hindistan, Cənubi Koreya, Taivan, Azərbaycan, Malayziya, Fransa, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Almaniya, Belçika, Avstraliya və Rusiyadan şirkətlərin nailiyyətləri, investisiya, investisiyanın cəlb olunması sahəsindəki potensial və fürsətlər, neft, qaz, neft-kimya, su və yeni enerjilər üzrə istehsalçıları nailiyyətləri sərgilənib.

İranda neft müqavilələrinin təqdimat konfransından sonra keçirilən ilk beynəlxalq konfransdır.