Yan 14, 2016 19:47 Asia/Baku
  • İran İndoneziyadakı terror aktlarını qınadı
    İran İndoneziyadakı terror aktlarını qınadı

İran Xarici İşlər Nazirliyinin sözçüsü Cakartada törədilən terror aktlarını qınadı.

İRNA-nın məlumatına görə, Sadiq Hüseyn Cabiri Ənsari İndoneziya xalqı, dövləti və hadisə qurbanlarının yaxınlarının kədərini bölüşərək, deyib: Ümidvaram bu terror aktları və insanlığa yaraşmayan hərəkətlər İndoneziya xalqının İslamın nurlu simasını təbliğ etmək üzrə hərəkətinə xələl gətirmiş olmayacaq.

İran XİN sözçüsü əlavə edib: Mülayim və yumşaq davranışı ilə tanınan daim, BMT-nin sülhsevər proqramlarında öncül olan bir ölkə xalqı arasında belə bir terror aktlarının törədilməsi bir daha sübut etmiş oldu ki, terrorizm və ifratçılıq sərhəd tanımır və onu himayə edən dövlətlər və ölkələr ilə ciddi davranmaq lazımdır.

Cabiri Ənsari İran İslam Respublikasının terrorizm ilə mübarizədə böyük bir təcrübəyə malik olan bir dövlət olaraq, İndoneziya xalqı və dövlətinin kənarındadır və ifratçılıq və terrorizm ilə mübarizədə beynəlxalq səviyyədə ciddi iradə və əzmkarlığın nümayiş etdirilməsini istəyir.

Teqlər