Yan 16, 2016 10:39 Asia/Baku
  • İfratçılıq ilə mübarizə beynəlxalq iradə tələb edir
    İfratçılıq ilə mübarizə beynəlxalq iradə tələb edir

İran İslam Respublikasının BMT-dəki nümayəndəsi dünya ictimaiyyətinin "kobud ifratçılıq" ilə mübarizədə dünya ictimaiyyətinin ciddi iradə nümayiş etdirməsini istəyib.

İranın BMT-dəki nümayəndəsi Qulaməli Xoşru BMT baş katibinin "kobud ifratçılıq" ilə mübarizə layihəsinə işarə edərək, deyib: Zorakı ifratçılıq ilə mübarizədə əməkdaşlıq ruhiyyəsi özünü dünya ictimaiyyətinin bu nəhs fenomen ilə mübarizədəki ciddi əzmkarlığında əks etdirməlidir.

Xoşru daha sonra BMT baş katibinə zorakı ifratçılıq ilə mübarizə üzrə layihəsinə görə təşəkkür edib və deyib: Bu layihə bütün üzv ölkələrdən zorakı ifratçılıq ilə mübarizə aparmağa diqqət göstərmələrini tələb etməsi baxımından diqqətə layiqdir.

İran İslam Respublikasının BMT-dəki nümayəndəsi həmçinin deyib: Zorakı ifratçılıq dünya ictimaiyyəti üçün ən ciddi təhdid sayılır və bir çox ölkənin siyasi, ictimai və iqtisadi nailiyyətləri, təhlükəsizliyi və sabitliyini hədələyir.

İranın BMT-dəki nümayəndəsi daha sonra vurğulayıb: BMT baş katibinin zorakı ifratçılıq ilə mübarizə layihəsi BMT çərçivəsində daha artıq əməkdaşlıqların edilməsinə zəmin yaradır və bu məsələ üzv ölkələr və qrumlar tərəfindən ciddi formada izlənilməlidir.

Xoşru sonda deyib: İran İslam Respublikası daim BMT-nin ifratçılıq və zorakılıq əleyhinə olan qətnamələrini himayə edib və sivilizasiyalar arasında dialoq ilə bağlı qətnamələrini də dəstəkləyir.

Teqlər