İran nüvə anlaşmasına uyğun öhdəliklərinin təkmilləşməsi üçün öz yekun addımlarını atdı
-
İran nüvə anlaşmasına uyğun öhdəliklərinin təkmilləşməsi üçün öz yekun addımlarını atdı
İran nüvə anlaşmasına uyğun öhdəliklərinin təkmilləşməsi üçün öz yekun addımlarını atdı. Hərçənd bu öhdəliklər zənginləşdirilmiş uranın həcmi və sentrifuqaların sayının azalması və Ərak reaktorunun mərkəzi hissəsinin çıxarılması ilə nəticələndi, amma İranın nüvə sənayesi mexanizmini pozmadı.
Bu uzun dəhlizlər bizi strateji mərkəzə istiqamətləndirir. Bu məkan barəsində danışmaq son on il ərzində dünya medialarının ən üstün titrlərindən olub. Bu mərkəzin müxtəlif hissələri şəhid Əhmədi Roşənin adı və xatirəsini cilvələndirir. Bəli, Nətənz Zənginləşdirmə Kompleksi. İranın nüvə texnologiyası çarxının onların fırlanmalarından asılı olan sentrifuqalar. Qərb illər boyu İranı bu maşınlardan məhrum etməyə çalışdı. Amerikanın işğal olunmuş Fələstindəki sabiq səfiri Tomas Pikernik deyib: İranın həssas zənginləşdirmə texnologiyasına nail olmaması üçün əlimizdən gələni etməliydik.
Amerika Dövlət Departamentinin keçmiş sözçüsü Robert Vood deyib: Biz vurğulayırdıq ki, İranın yerli nüvə imkanlarını genişlləndirməyə ehtiyacı yoxdur.
**Amma İran nəhayət nüvə anlaşması ilə və əhatəli nüvə proqramına əsasən, Nətənzdə məhdudiyyətləri qəbul etdi.. Bu sentrifuqaların bir qismi anbara köçürüldü və zənginləşdirmə hələlik birinci nəsil maşınları ilə həyata keçirilir. Amma o günləri yada salaq ki, qərblilər bu texnologiyanın vint və qaykalarını belə görməyə hazır deyildilər.
Obama qabaqkı aylarda demişdi ki, əgər İranın nüvə proqramının vint və qaykalarının hər birini açmaq mümkün olsaydı, onu edərdik.
**Bu arzular tarixə qovuşdu. Nətənzin əzəmətli dağlarının kənarında Şəhid Əhmədi Roşən Zənginləşdirmə Kompleksi öz fəaliyyətini davam etdirir. 32 sentrifuqa halqasına malik olan bu kompleks sanksiya halqalarından başıuca çıxdı. Nətənzdə zənginləşdirmə səkkiz il yarım müddətinə birinci nəslidən olan 5060 sentrifuqa ilə həyata keçəcək və ondan sonra onun yerini nüvə alimlərinin bu gün nümunəsini düzəltdikləri nəsil tutacaq.
İranın yerli sentrifuqalarının ən yeni nəsli, yəni I.R.8 I.R.1-in yerini tutacaq.
İndi də Fordoya gedirik, Dəmavəndin gözəl mənzərəsinə malik olan bir məkana. Şəhid Əli Mohəmmədi Kompleksi. Onun barəsində Amerikada respublikaçı senator Dan Kuts deyib: Fordonu tam şəkildə bağlaya bilmədik. Con Kerri İranın israrı qarşısında təslim oldu və Fordonun qalmasına icazə verdi.
** Hərçənd nüvə anlaşmasına əsasən, daha Fordoda zənginləşdirmə həyata keçirilməyəcək, amma yenə də min sentrifuqa hazır vəziyyətdədir.
Və nəhayət, Ərak Ağır Su Reaktoru; dedilər ki, kalenderiləri çıxarmalı və onun deşiklərinə beton tökülməlidir. Əlbəttə, reaktorun öz içinə beton tökülmür və əgər belə bir hadisə də baş verərsə, iranlı mütəxəssislər iki il müddətinə bu reaktor üçün digər bir mərkəz yarada bilərlər. Bu reaktorlar ağır su formasında qalacaqlar və yalnız onun yanacağı zənginləşdiriləcəkdir.
Nüvə anlaşmasına əsasən, İran üçün ağır su ixracatı imkanı yaranıbdır. Amma nüvə anlaşması məhdudiyyətlərinə əsaslanır və ölkədə 130 tondan yuxarı ağır su saxlanılmayacaq.
İran zənginləşdirilmiş uranın həcmindən doqquz ton azaltmalı idi ki, uran mübadiləsi zənginləşdirilmiş uran həcminin azalmasının ən məntiqli üsulu kimi seçildi.
İranın Atom Enerjisi Təşkilatının sədri Salehi deyib: Ruslardan aldığımız sarı keks 207 ton, yəni bizim ehtiyatlarımızın 45 faizi qədər idi ki, nüvə anlaşması sayəsində onu ölkənin strateji ehtiyatlarına əlavə edə bildik.
İran ki, öz öhdəliklərinə əməl etdi, indi görək, tərəflər nə cür rəftar edəcəklər.