İnqilab Rəhbərinin İran prezidentinin məktubuna cavabı
İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikası prezidenti Həsən Ruhaninin nüvə müzakirələrinin yekun nəticəsi ilə bağlı məktubuna cavab olaraq, qarşı tərəflərin İran xalqının müqaviməti və nüvə müzakirəçilərinin səyləri qarşısında, geri çəkilməyə məcbur olmalarından razılıq ediblər.
Həzrət Ayətullahülüzma Xamenei bu məktubda həmçinin, İran prezidenti, xarici işlər naziri və nüvə müzakirələrində iştirak edən bütün tərəflərə təşəkkür edib.
İslam İnqilabının Böyük Rəhbərinin məktubunda ölkə rəsmilərinin diqqətinə bir daha çatdırılır ki, İranın iqtisadi problemlərinin həlli bütün sahələrdə müqavimət iqtisadiyyatının icrası yolunda yorulmaz və məntiqli addımların atılmasından asılıdır. Və sanksiyaların ləğv edilməsi öz-özlüyündə ölkə iqtisadiyyatının çiçəklənməsinə və xalqın rifahının təmin edilməsinə kifayət etməz.
İslam İnqilabının Böyük Rəhbəri bu məktubda həmçinin bildiriblər ki, əldə edilmiş uğurla bağlı təbliğatların aparılmasında, bu uğurların əldə edilməsi üçün böyük zəhmətlərin çəkilməsinə diqqətin göstərilməsini zəruri adlandırıb və deyiblər: Bu həqiqəti görməməzliyə vurmağa və Qərbin xoşuna gəlməyə çalışanlar, xalqın ümumi fikri qarşısında sədaqətli davranmış olmayacaqlar.
Həzrət Ayətullah Xamenei əlavə ediblər: Qarşı tərəfin öz öhdəliklərinə tam formada əməl etməsi məsələsinə də diqqət göstərilməlidir. Çünki, bəzi ABŞ rəsmilərinin ötən günlər ərzində səsləndirdikləri fikirlər ümidverici deyil.
İslam İnqilabının Böyük Rəhbərinin məktubunda deyilir: Dünyanın zorakı qüdrətləri qarşısında əldə olunan bu uğurlar İran xalqının müqaviməti sayəsində əldə olunub və bunu bütün məsələlər üzrə və bütün sahələr üçün böyük bir dərs hesab etmək lazımdır.
Həzrət Ayətullah Xamenei bu məktubda həmçinin ölkə rəsmilərinə uğur diləyərək, deyiblər: ABŞ kimi zorakı dövlətlərin bu və digər məsələlərdə öhdəliklərindən boyun qaçırtmalarına icazə verilməməlidir və bu məsələdə ayıq olmaq lazımdır.