Yan 22, 2016 10:38 Asia/Baku
  • Yaponiya İrana qarşı sanksiyaları ləğv edib
    Yaponiya İrana qarşı sanksiyaları ləğv edib

Yaponiya İrana qarşı sanksiyaların ləğv olunmasına dair qərar verib. إunu Yaponiya XİN rəhbəri Fumio Kisida keçirdiyi mətbuat konfransında bəyan edib.

Sanksiyalar götürüldükdən sonra Yaponiya və İran sərmayələr haqqında sazişi imzalaya biləcəklər. Müvafiq razılaşma Fumio Kisidanın 2015-ci ilin oktyabrında Tehrana səfəri zamanı əldə olunub. Sazişin imzalanması Yaponiya şirkətlərinin İran bazarına çıxışını, bu ölkənin neft-qaz sahəsinə sərmayə yatırılmasının sürətləndirilməsini təmin edəcək. Hər iki ölkənin bankları filiallar açaraq, valyuta mübadiləsinə dair müqavilələr bağlamaq imkanı əldə edəcəklər.

Teqlər