"Vilayət 94" dəniz təlimlərinin 2-ci günü uğurla icra olunub
İran İslam Respublikası ordusu Dəniz Qoşunlarının komandoslarının "Vilayət 94" böyük hərbi təlimlərinin 2-ci günündə keçirdikləri su-quru əməliyyatı uğurla həyata keçirilib.
Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadlı məlumatına görə, İran İslam Respublikası ordusu Dəniz Qoşunlarının komandosları cümə axşamı günü İranın cənub-şərq sularında keçirilən "Vilayət 94" hərbi təlimlərində fərz olunan düşmənlə üzləşiblər.
Bu mərhələdə fərz olunan düşmənin sahil müdafiəsi, gəmiləri, esminesləri və sualtı gəmiləri müxtəlif arsenallar, Şəhab, Rəd, Aşura sürətli qayıqları, AB-212 və SH-3d helikopterləri və ordunun paraşütçüləri və komandoslarının hücumlarına məruz qalaraq geri çəkilməyə məcbur olub.
"Vilayət 94" hərbi təlimlərində müxtəlif sualtı gəmilər, esmineslər, raketatan gəmilər, dəstək gəmiləri, komandoslar, səhiyyə və müalicə qüvvələri, informasiya qüvvələri iştirak ediblər.
Vilayət 94 hərbi təlimlərinin keçirilməsində məqsəd İran İslam Respublikasının dənizlərdə təhlükəsizliyin bərqərar olunmasında potensialı və iqtidarının nümayiş etdirilməsidir.
İran ordusunun "Vilayət 94" böyük hərbi təlimlərinin yekun mərhələsi çərşənbə günündən Hörmüz boğazı, Oman dənizi və Hind okeanının şimalında başlanmışdır.