Fev 02, 2016 12:22 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbərinin bəyanatı
    İslam İnqilabının Böyük Rəhbərinin bəyanatı

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Din və inqilab yolunda fədakarlıq xas bir təbəqəyə məxsus deyil və bütün təbəqələr bu böyük və mənəvi müsabiqədə iştirak etməlidirlər.

Həzrət Ayətullahuluzma Xamenei İran idmanı şəhidləri konqresinin təşkilatçıları ilə görüşdə idmançı şəhidlərin anılmasını inqilabçı fikirin yüksəlişi və əhval-ruhiyyənin güclənməsi adlandıraraq, əlavə ediblər: İdmançı gənc təbii surətdə gənclərin mühüm hissəsi üçün bir meyardır və onun əxlaqı, rəftarı, yaşayış tərzi və keyfiyyəti təsirli ola və cəmiyyəti din, əxlaq və mənəviyyata doğru sövq etdirə bilər.

O həzrət "pəhləvan" kəlməsini yerli və milli ifadədə imtiyaza malik bir ləqəb adlandırıblar və idman mühitlərində layiqli rəftarlar göstərən idmançıları yüksək dəyərləndirərək, vurğulayıblar: Dövlət himninin oxunmasından və ya çempionluq pilləsində bayrağın yuxarı qalxmasından daha yüksək iftixar, sionist rəqiblə güləşməyə hazır olmayan idmançının, yaxud çadra və ya tam islami hicabla çempionluq pilləsində duran idmançı qadının hərəkətidir.

Həzrət Ayətullahuluzma Xamenei bu kimi rəftarları döyüş meydanına getmək kimi və müsəlman iranlının güclü əhval-ruhiyyəsinin təzahürü adlandırıb və belə əlavə ediblər: Bu, illüziya yaradan hissiyyatlar və illüziyalar dalğası qarşısında məğlub olmayan kəslərin güclü elementi və metalının möhkəmliyi və bir xalqın mahiyyətinin göstəricisidir və elə bir iş görmək lazımdır ki, idman mühiti bu səmtə doğru hərəkət etmiş olsun.

İslam İnqilabının Böyük Rəhbəri əyani surətdə mübarizə meydanlarında dəyərləri qoruyan iranlı idmançıların hərəkətlərini yüksək qiymətləndirərək, deyiblər: Lazım olan işlərdən biri, yarışlarda Allahın adını çəkən və ya rəqibin kürəklərini yerə vurandan sonra səcdə edən idmançıların yüksək dəyərləndirilmələridir.

İslam İnqilabının Böyük Rəhbəri bu hərəkəti İslami İranın mahiyyəti və şəxsiyyətinin simvolu adlandırıblar və onun gücləndirilməsi vacibliyini vurğulayaraq, ümidvarlıq ediblər ki, günbəgün idman mühiti daha pak və daha parlaq olacaq.

İslam İnqilabının Böyük Rəhbərinin yanvarın on birində keçirilmiş İran idmanı şəhidləri konqresinin təşkilatçıları ilə görüşdəki bəyanatı çərşənbə axşamı günü- fevralın ikisində səhər bu məqsədlə Tehrandakı Azadi idman kompleksinin 12 min nəfərlik zalında keçirilən konfransda yayılıb.

Teqlər