Fev 03, 2016 09:55 Asia/Baku
  • Zərif: İran bütün qonşuları ilə məntiqli və konstruktiv əlaqələri istəyib və istəyir
    Zərif: İran bütün qonşuları ilə məntiqli və konstruktiv əlaqələri istəyib və istəyir

İran İslam Respublikası xarici işlər naziri deyib: İran regionun böyük qüdrəti olaraq bütün qonşuları ilə məntiqli və konstruktiv əlaqələri istəyib və istəyir.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ötən gün Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayerlə müştərk mətbuat konfransında İran və Almaniyanın uzun keçmişə malik siyasi və iqtisadi əlaqələrinə toxunaraq xatırladıb: İkitərəfli əlaqələr, Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası, eləcə də bütün ölkələr, xüsusilə İran İslam Respublikası və Almaniya üçün yaranan fürsət barəsində konstruktiv müzakirələri aparıldı.

Zərif bildirib: Hazırda Yaxın Şərq regionunun şəraiti təkcə regionu deyil, bütün dünyanı hədələyən təhlükə ilə mübarizə üçün regional və beynəlxalq aktivlərin əməkdaşlığı və dünücəsinə ehtiyaclıdır.

İran xarici işlər naziri əlavə edib: İran və Almaniya Suriyada sülh prosesinə kömək edən qrupun iki üzvü olaraq əməkdaşlıqları davam etdirirlər. Həmçinin Əfqanıstan barəsində də müxtəlif sahələrdə, o cümlədən narkotik maddələrin tranziti ilə mübarizə və miqrantlar barəsində fikir mübadilələrini davam etdirəcəklər.

Zərif İran və Ərəbistan arasında yaranan gərginliklər və onun Suriyadakı sülh danışıqlar prosesinə təsiri barəsində sualı belə cavablandırıb: İran İslam Respublikası Səudiyyə Ərəbistanı ilə əlaqələrdə gərginliyi istəmir və İran hökumətinin siyasəti qonşulara önəm verməkdir.

İran xarici işlər naziri əlavə edib: Bütün Səudiyyə Ərəbistanı vətəndaşları üçün bərabər hüququ tələb etməkdən başqa heç bir günahı olmayan və bu ölkənin milli təhlükəsizliyinə qarşı heç bir addım atmayan dini alimin boynunu vurmaq bir çox region və Avropa dövlətlərinin pislədiyi qəbuledilməz hərəkətdir.

Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer də bu mətbuat konfransında İran və 5+1 qrupunun nüvə müzakirələrinin nəticəyə çatmasına sevinərək xatırladıb: Almaniya Əhatəli Müştərək Təşəbbüs Proqramının dünya və regionu daha stabil edəcəyinə arxayındır.

Almaniya xarici işlər naziri əlavə edib ki, Məhəmməd Cavad Zəriflə danışıqlarda yaranmış fürsətdən istifadənin olunması üçün bütün iradəsini ortaya qoyub və iki tərəfin bir-birinə yaxınlaşmaq üçün çox maraqlı olduqları hiss olunur.

Ştaynamyer Suriya böhranına toxunaraq xatırladıb: Bu ölkə böhranında təsirli olan bütün ölkələr kömək etməlidirlər ki, sülh və stabillik bərqərar olsun.

Teqlər