İnqilab Rəhbəri Ali Milli Təhlükəsizlik Şurası katibliyinin üzvlərini qəbul ediblər
İslam İnqilabının Böyük Rəhbəri buyurublar: İranın Ali Milli Təhlükəsizlik Şurasının katibliyinə hakim atmosfer və onun istiqamətlənməsi tamamilə inqilabçı və hizbullahçı düzgün və xalis təfəkkürə əsaslanmalıdır.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi kontr-admiral Əli Şəmxani, bu şuranın katibliyinin müavinləri və ekspertlərini qəbul ediblər. Bu görüşdə hazırkı dünyada təhlükəsizlik məsələsinin müxtəlif cəhətləri və mürəkkəbliyinə toxunan İnqilab Rəhbəri təhlükəsizlik məsələsinə çox cəhətli və makro baxış çərçivəsində Ali Milli Təhlükəsizlik Şurasının vəzifəsi, eləcə də onun katibliyinin Ali Milli Təhlükəsizlik Şurasında qərara düzgün istiqamətin yaradılması üçün qərarlardakı önəmli vəzifəsini vurğulayıblar.
İslam İnqilabının Böyük Rəhbəri təhlükəsizliyin cəmiyyətin ən əsaslı ehtiyaclarından biri olduğunu və buna görə də Quran-Kərimdə dəfələrlə bu məsələyə toxunulduğunu vurğulayaraq əlavə ediblər: Hazırda təhlükəsizlik məsələsi sırf hərbi və təhlükəsizlik məsələsindən çıxıb və iqtisadi, məişət, mədəniyyət, siyasət, ictimaiyyət, psixoloji və əxlaqi cəhətlərə malikdir.
Həzrət Ayətullahülüzma Xamenei Ali Milli Təhlükəsizlik Şurasının əsas vəzifəsini təhlükəsizlik məsələsinə hərtərəfli baxış və onun bütün cəhətlərini nəzərdə tutmaq adlandırıb və deyiblər: Ali Milli Təhlükəsizlik Şurasının katibliyi qərarın verilməsi üzrə önəmli vəzifəsini elə bir formada yerinə yetirməlidir ki, Ali Milli Təhlükəsizlik Şurasında qərarların çıxarılması təhlükəsizlik məsələsinə düzgün və çoxcəhətli baxış çərçivəsində olsun.
İnqilabın əsas və aydın xətlərini dəyişmək üzrə bəzi səylərə toxunan İslam İnqilabının Böyük Rəhbəri bildiriblər: İmam Xomeyni (rə) İslam İnqilabının təzahürüdür və buna əsasən onlarla cild kitabda yazılan onun bəyanatlar inqilabın əsaslarıdır.
Həzrət Ayətullahülüzma Xamenei əlavə ediblər: İslam İnqilabının qələbəsinin əvvəlindən bəziləri inqilab təfəkkürünü qəbul etmir, quruluşun daxilində olan bəziləri də imperializmlə mübarizəyə inanmırdılar. Bu cərəyanın qarşısında dayanmaq lazımdır.
İslam İnqilabının Böyük Rəhbəri ötən 37 ildə həmişə mübarizənin olduğunu qeyd edərək deyiblər: Əlbəttə hazırda düşmənin yeni və mürəkkəb metodlar, o cümlədən virtual dünya, mədəni, inanc, ictimai təsirlər və onlara qarşı təhlükəsizlik kimi məsələlərdən istifadə etməsi bu mübarizəni daha da çətinləşdirib və həssas edib.